Yuxarı

Putin Paşinyanı son anda xilas etdi - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Paşinyanı son anda xilas etdi - Açıqlama

Putin Paşinyanı Nazarbayev və Lukoşenkodan qorudu.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanadakı son zirvə toplantısında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qalan 1 ildə baş katibin Ermənistandan olmasına etiraz etmişdi:

“Onun bu etirazını Belarus Prezidenti Aleksandr Lukaşenko da dəstəkləmişdi. Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Astanadakı toplantıdan İrəvana başıaşağı qayıtmışdı. Çünki KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı. Bircə Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla qovğasına qarışmır, “müdrikcəsinə” susurdu”.

Politoloqun sözlərinə görə, Paşinyan Putinlə telefonla danışdığını və baş katib məsələsinin təxirə salınmasına nail olduğunu açıqladı:

“Bu Paşinyana ona görə lazımdır ki, rahat parlament seçkisini keçirsin. Çünki baş katib məsələsi Ermənistanda parlament seçkilərinə qədər həll olunsa, Paşinyanın mövqelərinə zərbə olacaq və müxalifət baş katibin dəyişməsini Paşiyanın əleyhinə istifadə edəcəkdir. Putin Paşinyanla razılaşıb və baş katib məsələsi təxirə salınıb. Başqa sözlə, Putin Paşinyana parlament seçkisini rahat keçirməyə şərait yaradıb”.

Qeyd edək ki, Paşinyan ötən gün açıqlamasında Putinin ona Sankt-Peterburq görüşünü ertələyə biləcəyi və baş katib seçkisinin keçirilməməsi barədə təkliflər verdiyini bildirib. Paşinyan qeyd edib ki, baş katib seçkisinin gələn ilə qalması barədə razılıq var.

Tarix
2018.12.03 / 23:04
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Ceyhun Bayramov Rubio ilə danışdı

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla