Yuxarı

Trampın ABŞ siyasətini darmadağın edən qərarı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın ABŞ siyasətini darmadağın edən qərarı

Trampın son qərarından sonra Yaxın Şərq Rusiya və İranın nəzarəti altına keçəcək.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Trampın Yaxın Şərqlə bağlı son qərarı nəinki ABŞ-ı, eləcə də Ağ Ev rəhbərinin ətrafındakı yüksək çinli məmurları da heyrətə salıb:

“ABŞ-ın Suriyadan sonra Əfqanıstandan da ordusunu çıxarmağa hazırlaşması Vaşinqtonun indiyə qədər yeritdiyi prinsipial siyasətdən üz döndərməsi deməkdir. Trampın sözügedən qərarı birbaşa ABŞ-ın strateji maraqlarına ziddir. Çünki Trampın son qərarından sonra Yaxın Şərq Rusiya və İranın nəzarəti altına keçəcək. Bu, faktiki olaraq ABŞ-ın Yaxın Şərqdən sıxışdırılıb çıxarılmasıdır. Trampın yürütdüyü siyasət ABŞ-ın Yaxın Şərq ölkələri ətrafında ciddi surətdə lənətlənməsinə səbəb olacaq. Əslində, İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzaninin bu qərarı kürdlərin kürəyinə sancılmış xəncər kimi qiymətləndirməsi heç də təsadüfi deyil”.

Politoloq qeyd edib ki, ABŞ-ın Suriyadan qəfil çıxması bu ölkədə mübarizəni daha da gərginləşdirəcək:

“ABŞ artıq neçənci dəfədir ki, qarışıqlıq yaratdığı ölkədən qəfil çıxmaqla bölgədəki siyasi qarşıdurmaları körükləyir. Bu qeyri-müəyyən vəziyyət müharibədən sonra yerlə-yeksan olmuş Suriyada ümummili sazişin imzalanmasını, yeni Konstitusiyanın hazırlanmasını və onun ətrafında ədalətli seçkilərin keçirilməsini mümkünsüz edəcək”.

Q.Hüseynli Trampın Suriya ilə bağlı qərarının birmənalı qarşılanmayacağını, ABŞ-ı ciddi silkələyəcəyini düşünür:

“Qərar icra edilənədək ABŞ-da onun əleyhdarları artacaq. Mettisin vəzifədən getməsi də məhz buna işarədir”.

Qeyd edək ki, Donald Tramp ABŞ ordusunun bir hissəsinin Əfqanıstandan çıxarılmasına dair də tapşırıq verib. Belə ki, Əfqanıstandakı ABŞ ordusunun sayının yaxın zamanlarda 7 min nəfərə qədər azaldılması gözlənilir.

Ötən gün isə Tramp ABŞ hərbçilərinin Suriyadan çıxarılması haqqında qərar verdiyini təsdiqləyib.

Tarix
2018.12.21 / 15:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla