Yuxarı

Bu yaramazlara niyə tribuna veririk? - Millət vəkilindən etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir nəfər cəmiyyət qarşısında heç bir xidməti olmayan şəxs milləti söyür; cəmiyyət qarşısında heç bir xidməti olmayan digər şəxs mənəvi dəyərlərimizi ələ salır; cəmiyyət qarşısında heç bir xidməti olmayan başqa şəxs deyilməsi mümkün olmayan bir yaramaz hərəkət edir, dərhal onların hərəkəti haqqında əksər saytlarda geniş məlumat yayılır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, bu şəxslərlə bağlı televiziyalar reportajlar hazırlayır, sosial şəbəkə ancaq bu mövzudan danışır:

"Hətta həmin şəxslərin adı ölkə parlamentində səslənərək, ölkəyə tanıdılır. Əlbəttə, onların etdiklərinə heç bir bağışlanma ola bilməz, çünki onlar hərəkətləri ilə özlərini artıq cəmiyyətlə üzbəüz qoyublar. Ancaq layiq olmadıqları halda məşhurlaşdırılır, onlara az adama qismət olan ictimai tribuna verilir. Hətta bu azmış kimi, onların cəmiyyətin etirazına "əcəb etmişəm" deyə geniş cavab müsahibəsi də tirajlanır. Şəkilləri də bir qayda olaraq güləyən, hamıya istehza edən formada verilir".

Millət vəkili vurğulayıb ki, bu cür insanların cəmiyyətə çıxması, özlərinin zərərli fikirlərini yaymasına daim maneələr olmalıdır:

"Bir anlığa düşünək. Bizə elə gəlmirmi ki, onların məşhurlaşmasına, antimilli fikirlərinin yayılmasına dəstək veririk, onların cəmiyyətə meydan oxumasına şərait yaradırıq? Bu azmış kimi mütləq təsadüfi insanın şöhrətlənməyini görərək, bir neçə nəfər də "mən də elə düşünürəm" deyərək, şöhrət projektorunun işığının indi də onların tərəfə yönəlməsini tələb edirlər. Onlar ictimai tribunalara yaxın belə düşə bilməməlidirlər. Bunun əvəzinə isə hər birimiz onların özlərini sərbəst hiss etməsinə, yaşadığı cəmiyyəti ələ salmasını davam etməsinə yardımçı oluruq".

Tarix
2018.12.22 / 19:01
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla