Yuxarı

Məmurlarla jurnalistlər futbol oynadı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmurlarla jurnalistlər futbol oynadı - Foto

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 24-də dövlət qulluqçuları ilə jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib.

Axar.az xəbər verir ki, “ASK Arena”da oynanılan və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Oyun 6:6 hesabı ilə başa çatıb.

Yoldaşlıq görüşü Milli Məclisin gənclər və idman komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Parlament Jurnalistləri Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutub.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev jurnalistlərə müsahibəsində belə futbol görüşlərinin və yarışlarının hər il ənənəvi olaraq təşkil edildiyini vurğulayıb. Dövlət qulluqçuları ilə jurnalistlər arasında dostluq görüşünün məqsədinin gəncləri sağlam həyat tərzinə çağırış olduğunu deyən komitə sədri bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev idman və gənclər sahələrinə xüsusi diqqət yetirir. Dövlətimizin başçısı daim qeyd edir ki, Azərbaycan gənclərinin sağlam, bilikli, savadlı, peşəkar olması bizim əsas məqsədlərimizdəndir. Ölkəmizdə bu istiqamətdə mühüm işlər görülür, dövlət səviyyəsində tədbirlər keçirilir. Biz dövlətimizin başçısının siyasətini fəal şəkildə dəstəkləyirik. Bu gün də həmin dəstəyi nümayiş etdirərək gənclərimizi sağlam həyat tərzinə çağırırıq”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə müsahibəsində bildirib ki, matç olduqca yüksək əhval-ruhiyyədə keçdi. Milli Məclisin gənclər və idman komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Parlament Jurnalistlər Birliyinin, “Neftçi” veteranlar klubunun nümayəndələri, jurnalistlər bu dostluq görüşündə fəal iştirak etdilər. Azərbaycanda idman sürətlə inkişaf edib. Çox şadıq ki, jurnalistlərimiz, veteranlarımız, dövlət qulluqçularımız, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da bu görüşdə fəal iştirak etdilər.

“Azərbaycanda son 15 ildə əldə edilən uğurlar bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. İnanırıq ki, işğal altındakı torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə tezliklə azad olunacaq və biz belə oyunları doğma Qarabağımızda, o cümlədən Şuşada, Laçında, Kəlbəcərdə və digər şəhərlərimizdə təşkil edəcəyik. Bu oyuna verdikləri dəstəyə görə ictimaiyyətə, jurnalistlərimizə, veteranlarımıza təşəkkürümü bildirirəm. Bu idman tədbiri bir daha göstərir ki, Azərbaycan xalqı həmrəydir”, - deyə F.Muradov bildirib.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qarşılaşmanın yüksək səviyyədə keçdiyini vurğulayaraq deyib: “Bu gün olduqca maraqlı oyun izlədik. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Bu tədbirin təşkilinə dəstək verənlərə, oyunda iştirak edənlərə dərin minnətdarlığımı bildirirəm”.

Tarix
2018.12.24 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla