Yuxarı

Sumqayıtda tutulan vəhhabi lideri haqda müdhiş iddialar - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sumqayıtda evini sələfilərə məscid kimi istifadəyə vermiş bu təriqət üzvlərinin şəhərdəki lideri sayılan Zöhrab Şıxəliyev həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı xəbər yayıb.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

Axar.az Z.Şıxəliyevlə bağlı arayış əldə edib. Şıxəliyev təriqətin ruhani liderlərindən olmasa da, aktiv sələfilərdəndir. O, bu ilin yanvarında üçmərtəbəli evini sələfilərə ibadət etmək üçün istifadəyə verdiyini mətbuata açıqlamasında təsdiqləmişdi.

Z.Şıxəliyevin adı ötən il Sumqayıtda sələfilərin cümə məscidini ələ keçirmək cəhdində hallanmışdı. Həmin vaxt bir qrup sələfi məscidə gələrək, bu məsciddə camaat namazı qılmaq istədiklərini bildirmişdi.

Ancaq həmin vaxt məsciddə rəsmi təyinatlı axundla yanaşı, ikinci bir ruhaninin camaat namazı qılmaq istəməsi yerli dindarların narazılığına səbəb olmuşdu. Bir neçə gün qarşıdurma vəziyyəti yaransa da, sonradan sələfilər geri çəkilməyə məcbur olmuşdular.

Maraqlıdır ki, Zöhrab Şıxəliyev Suriyada döyüşməyə gedənlərin tərəfdarları olmadığını, başqa qruplaşmanın üzvü olduğunu demişdi. Üstəgəl vurğulamışdı ki, hökumət qurumları bu qruplaşmaları yaxşı tanıyır.

Qeyd edək ki, Z.Şıxəliyev Sumqayıtda Qamət Süleymanov tərəfdarlarının əsas simalarından biridir. Bəzi məlumata görə, Z.Şıxəliyevin evindəki otaqlardan birində kişilər, digərində isə qadınlar ibadətə və dərslərə yığışırdılar.

Bundan başqa, cümə günü istisna olmaqla, hər gün bu otaqlarda dərslər təşkil edilirdi. Qamət Süleymanov, Əlixan Musayev, Muxtar və daha bir neçə sələfi ruhaniləri gələrək, dini dərslər təşkil edirdilər. Zöhrab Şıxəliyevin imkanlı biri, daha əvvəllər qızıl ticarəti ilə məşğul olduğu da bildirilir. Maraqlı daha bir məqam isə Z.Şıxəliyevin doğma qardaşının nüfuzlu şiələrdən olmasıdır.

Tarix
2014.11.13 / 23:02
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla