Yuxarı

İrəvan ordunu müasirləşdirmə layihəsini açıqladı: Bəs, pul?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan ordunu müasirləşdirmə layihəsini açıqladı: Bəs, pul?

Ermənistan hökuməti ordunun arsenalını uzaq mənzilli yüksək dəqiqliyə malik raketlər, aviasiya və robotlarla təchiz etmək niyyətindədir.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın hökumət proqramı layihəsi hazırlanıb.

“Hökumət ordunun arsenalının yüksək dəqiqliyə malik uzaq mənzilli raket kompleksləri, müasir artilleriya kompleksləri, hava hücumundan müdafiə sistemləri, çoxfunksiyalı aviasiya, avtomatlaşdırılmış və robotlaşdırılmış hava, yerüstü sistemlərlə təchiz etməyi hədəfləyir. Bununla da ordunun atəş nöqtəsinin uzaqlıq və dəqiqlik səviyyəsinin effektivliyinin artırılması nəzərdə tutulur. Təhlükəsizliyin təminatı üçün vacib elementlərdən biri kimi yerli hərbi sənaye inkişaf etməlidir”, – layihədə bildirilib.

Rəsmi İrəvan bunun üçün hərbi sənaye kompleksinə investisiya yatırmağı, özəl biznes üçün əlverişli investisiya mühiti yaratmağı planlaşdırır. Bu istiqamətdə prioritet istiqamət kimi texnoloji silahlanma, istehsal effektivliyinin artırılması, silah idxalından asılılığın azaldılması nəzərdə tutulur.

Amma maraqlıdır ki, ölkəyə investisiyanı cəlb etmək proqramı və prinsipləri bəlli deyil. Ümumiyyətlə, Ermənistanın hazırkı ağır iqtisadi durumdan qurtarması üçün təkliflər paketi yoxdur.

Tarix
2019.02.07 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla