Yuxarı

Əliyevin region və dünya üçün nümunəvi addımları... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin fəaliyyəti istər ordu quruculuğu, istərsə struktur, demokratik islahatlar olsun, təkcə Azərbaycan dövlətinin milli maraqları çərçivəsində məhdudlaşmır. Bu, bütövlükdə, region və dünya üçün atılan nümunəvi addımlardır.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, İlham Əliyevin həyata keçirdiyi siyasətdə, ilk növbədə, Azərbaycanın milli və dövlətçilik maraqları yüksək səviyyədə qorunur:

“Azərbaycan dövlətinin milli maraqları dünyaya inteqrasiya fonunda, qonşu dövlətlərlə - Ermənistan istisna olmaqla, dünya dövlətləri ilə sıx əməkdaşlıq üzərində, demokratik prinsiplər əsasında qurulub. Eyni zamanda, İlham Əliyevin apardığı daxili siyasətlə yanaşı, xarici siyasəti də təkcə Azərbaycanın deyil, digər ölkələrin də maraqları qarşılıqlı fayda əsasında qurulur. Bu gün Əliyevin ölkə iqtisadiyyatı üçün təməlini qoyduğu regional əhəmiyyətli layihələr: TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu, TAP, Cənub Qaz Dəhlizi, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi və bu kimi böyük işlər onun prinsipial mövqeyinin nəticəsində əldə olunub".

Aydın Hüseynov qeyd edib ki, bu layihələr iqtisadi səmərə verməklə yanaşı, xalqları bir-birinə yaxınlaşdırır, mədəniyyətləri bir-birinə qovuşdurur:

"Azərbaycan dünya üçün eyni zamanda, tolerant, multikultural bir ölkədir. İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında bu faktorlar dayanır. İstər ordu quruculuğu sahəsində olsun, istərsə struktur, demokratik islahatlar olsun, təkcə Azərbaycan dövlətinin milli maraqları çərçivəsində məhdudlaşmır. Bu, bütövlükdə, region üçün, dünya üçün atılan nümunəvi addımlardır. Prezidentimizin apardığı siyasət, əlbəttə, dünyanın da diqqətini cəlb edir və İlham Əliyevin fəaliyyəti müsbət qiymətləndirilir”.

Tarix
2019.04.19 / 17:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla