Yuxarı

Azərbaycanlı deputat Zelenskinin adamları ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində Ukraynanın paytaxtı Kiyevdə bir sıra görüşlərdə iştirak edib.

Axar.az xəbər verir ki, deputat Azərtac-a bildirib ki, AŞPA nümayəndə heyətinin prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenskinin nümayəndələri ilə görüşlərində seçki kampaniyasının aparılması, seçki qanunvericiliyinin tələblərinin qorunması, şəffaf və ədalətli seçkilərin təmini məsələləri müzakirə edilib.

AŞPA nümayəndə heyətinin ATƏT PA-nın, Avropa Parlamentinin, NATO PA-nın müşahidə missiyaları, Ukraynanın Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirilən görüşlərində Ukraynada seçki mühiti müzakirə olunub. Müzakirələr zamanı vurğulanıb ki, seçkilərin demokratik və ədalətli keçirilməsi üçün bütün qüvvələr səfərbər edilməlidir.

Deputat deyib ki, o, səsvermə günü Kiyev şəhəri və Kiyev vilayətində yerləşən məntəqələrdə müşahidə aparacaq.

Xatırladaq ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçkilərin birinci turu martın 31-də keçirilib.

Tarix
2019.04.20 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla