Yuxarı

Ərdoğan seçki etirazlarının üstündən xətt çəkdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan seçki etirazlarının üstündən xətt çəkdi?

Türkiyədə bələdiyyə seçkiləri arxada qalsa da, hələ də bəzi yerlərdə nəticələrin ləvği məsələsi ətrafında müzakirələr gedir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğu AKP rəsmisinin növbəti dəfə seçki nəticələrinə etiraz etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, rəsmi etirazlar olsa da, AKP artıq vəziyyəti qəbul edib:

“Fikrimcə, məsələ artıq bitib. İmamoğlu mandatını alaraq işə başlayıb və cəmiyyət bu reallığı qəbul edib. Mandatın İmamoğludan geri qalınması İstanbulda və bütövlükdə Türkiyədə təlatümlərə səbəb ola bilər. İmamoğluna İstanbul əhalisinin yarısı səs verib. İmamoğlunun mandatının əlindən alınması ona səs verənlərə sayğısızlıq olar. Ona görə də Ali Seçki Qurumunun riskli qərar verəcəyini düşünmürəm”.

Politoloq qeyd edib ki, bəzi seçki saxtakarlıqları qeydə alınsa da, bunlar sonda nəticəyə təsir etməyib:

“Ərdoğan özü üçün məsələyə nöqtə qoyub. Türkiyə prezidenti daxili etirazına rəğmən, Əkrəm İmamoğlunu İstanbul bələdiyyə başçısı kimi qəbul edib. Ərdoğan son tvitində yazıb ki, bundan sonra “Türkiyə ittifaqına” ehtiyac var. Yəni “Cumhur İttifaqı” və “Millət İttifaqı” geridə qaldı. Ərdoğan bu sözlərlə demək istəyir ki, seçki bitib və hamı iş başına keçməlidir. Türkiyədə iqtisadi vəziyyət sabit deyil. İnsanları dolanışıq məsələləri narahat edir. Ona görə də Ərdoğanın “işə başlamaq” çağırışı yerindədir”.

Politoloqun fikrincə, Türkiyədə növbəti seçki 4 il yarımdan sonra olacaq. Ona görə də cəmiyyətdə siyasi gərginliyi saxlamağa ehtiyac yoxdur:

“Bu həm hakimiyyətin, həm də müxalifətin maraqlarına cavab vermir. Türkiyənin qarşısında ciddi daxili və xarici çağırışlar var. Enerjini seçki nəticələrinin mübahisəsinə xərcləməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, ötən AKP sədrinin köməkçisi Əli İhsan Yavuz Türkiyənin Ali Seçki Qurumuna İstanbulda seçki nəticələrinin ləğvi üçün ərizə ilə müraciət etdiyini açıqlamışdı.

Tarix
2019.04.21 / 23:42
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Pakistan hərbçiləri Bakıda paradda...

Pakistan Azərbaycanın yanında qaya kimi dayandı

Bakıda hərbi parad: Ordunun təntənəli keçidi başladı - Canlı

Bakıda JF-17 qırıcılarının səsinə qərq olan səma...

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Ərdoğan: Bu qələbə türk dünyasının qürur mənbəyidir!

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Paşinyanın cəsur addımlarını izləyirik - Ərdoğan

Rus helikopterin vurulmasına Prezidentin reaksiyası...

Qazaxıstanın müdafiə naziri Bakıda hərbi paradda iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla