Yuxarı

Millət vəkili “21 Azər”ə anım günü keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili “21 Azər”ə anım günü keçirdi

Bu gün - insan haqlarının qeyd olunduğu gündə Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycanla bağlı böyük tədbir düzənləyib.

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə millət vəkili, millət vəkili Sabir Rüstəmxanlı açıb. Sabir bəy çıxışında 21 Azər hərəkatından ətraflı bəhs edib. O, çıxışında 1945-ci ildə Azər ayının 21-də (12 dekabr) Güney Azərbaycanda hökumətin qurulmasından, o dövrkü siyasi vəziyyətdən əhatəli söz açıb. S.Rüstəmxanlı çıxışında televiziyalara irad tutaraq bildirib ki, son vaxtlar Güney azərbaycanlılarla bağlı tədbiri işıqlandırmağa televiziyalardan heç kim gəlmir:

"Son dövrlər Cənub məsələsilə bağlı qəribə siyasət yürüdülür. Sanki İrana söz verilib ki, sizin barədə az danışılacaq. Televiziyalarda da bu mövzuya elə bil qadağalar qoyulub. Təbii ki, bunların arxasında siyasi məsələlər dayanır".

Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə də çıxışında Azərbaycanın bütövlüyünə inanmayanları qınayıb. O, Azərbaycanın Güneyində artıq bütövlüklə bağlı ciddi bir hərəkatın bünövrəsinin qoyulduğunu söyləyib: "Artıq belə bir hərəkatın bünövrəsi qoyulub və Azərbaycanın bütövlüyü labüddür".

Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin isə çıxışında 21 Azər hərəkatının məğlubiyyət səbəblərindən, eləcə də Cənubi Azərbaycanda hazırda gedən proseslərdən söz açıb: "21 Azər hərəkatının uduzmasının səbəbi xarici qüvvələrin bizi dəstəkləməməsi oldu. Bu gün də 10, 20 min adam Pişəvəri davamçısı olsa da, yenə də eyni aqibət yaşanacaq. Çünki zəif nöqtəmiz var. O da dəstəyin olmamasıdır".

Partiya sədri daha sonra milli ayrı-seçkiliklə də bağlı iradlarını bildirib, cənublulara dünya ictimaiyyəti tərəfindən dəstəyin olmamasından danışıb və lobbiçiliyin vacibliyini vurğulayıb: "Kürdlərin bir balaca torpağına həmlə edəndə o saat hücuma keçirlər. Onlar lobbiçiliyə önəm verirlər. Təəssüf ki, bizdə belə bir hərəkat yoxdur. Yəni lobbiçiliklə bağlı heç bir dövlət bizə dəstək vermədi. Bir sözlə, zəif yerimizi tapmaq lazımdır ki, aradan qaldıra bilək. Yoxsa biz hər dəfə beləcə toplaşaraq, keçmişi yada salaraq yas saxlayacağıq. Bilməliyik ki, Bütöv Azərbaycana gedən yol Güney Azərbaycanın istiqlaliyyətindən keçir. Bunun üçünsə lobbiçilik gücləndirilməlidir".

Müsavat Partiyasının başqanı Arif Hacılı isə çıxışında qeyd edib ki, 21 Azər hərəkatının 70 illiyi tam fərqli şəkildə qeyd olunmalıdır. O, Pişəvirinin xatirəsinin əbədiləşdirilməsi üçün ictimai müzakirənin keçirilməsinin də mümkün olduğunu bildirib: "Tariximiz, millətimiz vahid şəkildə öyrənilməlidir. Pişəvərini Elçibəydən ayırmaq doğru olmaz.Hər ikisini öyrənməliyik. Gələn il 21 Azər hərəkatının 70 illiyi tam fərqli şəkildə keçirilə bilər. Pişəvərinin xatirəsinin əbədiləşdirilməsi məsələsini qaldıra bilərik. O, bir zamanlar Xırdalanda müəllim kimi fəaliyyət göstərib, o zaman niyə onun heykəli Xırdalanda ucaldılmasın?"

Tarix
2014.12.10 / 17:16
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla