Yuxarı

Tokayevin erməni açıqlaması: türk dünyasına təxribat planı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevin erməni açıqlaması: türk dünyasına təxribat planı?

Qazaxıstanla Ermənistanı tarixi baxımdan ancaq ermənilərin türk torpaqlarında həyata keçirdikləri terror və vəhşiliklər birləşdirir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin “tarix və dil baxımından Ermənistanla ortaq nöqtələrimiz var” sözlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Tokayev müsahibəni Ermənistan mətbuatına verdiyi üçün onun fikirlərinin təhrif edilməsi mümkündür:

“Bunu dəqiqləşdirmək lazımdır. Tokayevin “bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur” deməsi onun üçün gülünc və biabırçı bir hal olar. Çünki qazax dili ilə erməni dili arasında heç bir oxşarlıq yoxdur. Qasım-Jomart Tokayev qazax dilini və qazax türkcəsini mükəmməl şəkildə bilir və təcrübəli siyasətçidir. Onun belə bir müsahibə verəcəyini düşünmürəm. Ola bilsin ki, Tokayev Sovet dövründə Ermənistanla ortaq məsələlər haqqında danışsın. Amma ortaq dil, tarix və mədəniyyətdən danışması real görünmür. Tarix baxımından onları ancaq Ermənistanın Qazaxıstan ərazisində törədikləri terror hadisələri birləşdirə bilər”.

Politoloq bu məsələnin Ermənistan tərəfinin növbəti təxribatı olduğunu bildirib:

“Hesab edirəm ki, Ermənistan mətbuatı məqsədyönlü şəkildə belə bir təhrif olunmuş açıqlama dərc edib. Çünki İrəvanı narahat edən əsas məqamlardan biri Azərbaycanla Qazaxıstan arasında olan sıx əlaqələrdir.

Buna görə də iki ölkə arasında problem yaratmaq, fikir ayrılığına yol açmaq üçün Ermənistan hökuməti Qazaxıstan prezidentinin adından belə bir xəbəri yaymağa çalışır”.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Ermənistanın səsi” qəzetinə müsahibəsində “Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən gələcək əməkdaşlığa optimist yanaşıram” deyib.

Tarix
2019.06.12 / 08:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla