Yuxarı

General anons etdi: Ermənilər Ordumuzla “danışmalı” olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri Zakir Həsənovun çıxışı məhz Vaşinqton danışıqlarına hesablanıb. Yəni ABŞ-da xarici işlər nazirlərinin görüşündə İrəvan yenə də baş qatma məsələləri həyata keçirəcəksə, o zaman bu proseslərə cənab general-polkovnik Zakir Həsənov daxil olacaq.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 20 iyun tarixində Vaşinqtonda keçiriləcək görüş ərəfəsində Müdafiə naziri Zakir Həsənovun keçirdiyi mətbuat konfransında sərt mesajlar verməsinin görüşə təsiri barədə danışarkən deyib.

Politoloqun sözlərinə görə, Zakir Həsənov bu çıxışla Azərbaycan diplomatiyasının arxasında güclü bir ordu potensialının olduğunu nümayiş etdirdi:

“Nazir açıq şəkildə elan etdi ki, danışıqlar prosesində yenə də baş qatma məsələləri olsa, prosesə özü daxil olacaq. Daha Ermənistan hökuməti Xarici İşlər naziri Elmar Məmmədyarovla deyil, Müdafiə naziri Zakir Həsənovla danışmalı olacaq. Zakir Həsənovun çıxışları həm də dünyada sülhün qorunmasına cavabdeh olan beynəlxalq təşkilatlara bir mesajdır”.

Q.Hüseynli bildirib ki, artıq hər kəs Ermənistanla sülh danışıqlarının heç bir faydasının olmadığını başa düşür:

“Zakir Həsənovun müdafiə naziri kimi həm də bir missiyası var: Azərbaycan Ordusunu həmişə döyüşə hazır vəziyyətdə saxlamaq. Məncə, cənab nazirimiz bu missiyanın öhdəsindən şərəflə gəlir.

Bir ay müddətində demək olar ki, ordunun bütün növlərində hərbi təlimlər keçirilib. Bu təlimlərin bir çoxunda həqiqi güllələrdən istifadə edilib. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Ordusu öz potensialını bütün parametrlər üzrə yoxlayır və lazımi nəticələr çıxarır.

Xüsusilə Füzuli bölgəsində daha genişmiqyaslı hərbi təlimlər keçirilib. Bütün bunlar o deməkdir ki, Ordumuz cəbhə boyu, işğal edilmiş ərazilər boyu ermənilərə qarşı hücuma keçməyə hazır vəziyyətdə saxlanılıb. Ordu təlimlərinin son variantı Hərbi Hava Qüvvələrinin təlimi oldu. Bütün bu təlimlərdə qırıcı, bombardmançı, eləcə də pilotsuz təyyarələrdən istifadə edildi. Sözsüz ki, qırıcı təyyarələri tanıyanlar yaxşı başa düşür ki, bu təyyarələr müəyyən qədər aşağıdan uçduqda onların çıxardığı səsdən yerdəki ən kiçik cisimlər belə titrəyir. Bu təyyarələr çox yüksək səs və gurultu qoparır. Ordunun düz təmas xəttində belə bir təlimə əl atması həm də ona sübut idi ki, Azərbaycan Ordusu əzmkardır, döyüşə hazırdır və ermənilərin də danışıqlar tələsinə düşmək fikrində deyil.

Ermənilər bizi sadəlövh yerinə qoyub, yalançı danışıqlarla başımızı qatmaq istəyəcəklərsə, o zaman Ordumuzla qarşı-qarşıya qalmalı olacaqlar. Zakir Həsənov artıq bunun anonsunu verib”.

Tarix
2019.06.18 / 16:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

Prezident onlara yüksək vəzifə verdi - Foto

COP29-da mühüm razılıq əldə olundu

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı

Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla