Yuxarı

Politoloq MiQ-29-la bağlı nümunə paylaşdı - Faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi barədə məlumatından dərhal sonra radikal düşərgənin hərşeyşünas siyasiləri yenə də müxtəlif fantastik iddialar irəli sürdülər. Həm də xüsusi həyasızlıqla!

Axar.az xəbər verir ki, bu fikirlərlə politoloq Elçin Mirzəbəyli çıxış edib.

Politoloq qeyd edib ki, hər zaman olduğu kimi, dövlətin, xalqın maraqlarını nəzərə almadan işğalçı ilə qarşı-qarşıya dayanan Silahlı Qüvvələrimizə böhtan atılır:

“Onların iddialarından fərqli olaraq, təyyarə qəzaları ilə bağlı faktlar Müdafiə Nazirliyinin qəzanın səbəbləri ilə bağlı məlumatında yer alan məqamların tamamilə həqiqəti əks etdirdiyini sübuta yetirir. Qeyd edim ki, hərbi təyyarələrin quş dəstələri ilə toqquşması dünyada ən çox rast gəlinən insident hesab olunur.

Belə hadisələr zamanı təkcə MİQ-29-lar deyil, bu təyyarələrdən daha modern pilotlu uçuş aparatları da qəzaya uğrayırlar.

Məsələn, bu ilin may ayında ABŞ-ın Yaponiyadakı İvakuni hərbi bazasından uçan F-35 qırıcı təyyarəsi quş dəstəsilə toqquşaraq qəzaya uğrayıb.

İyun ayında Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus Jaquar qırıcı-bombardmançı təyyarəsi uçuşa başladıqdan bir neçə saniyə sonra quş dəstəsi ilə toqquşub.

Bu il ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi ilə oxşar insident Nyu-Meksika ştatında yerləşən Holloman poliqonunda baş verib. F-16 eniş zamanı qartalla toqquşaraq ciddi zərər görüb.

Floridada ABŞ HHQ-nə məxsus bombardmançı təyyarənin quş dəstəsi ilə toqquşması nəticəsində isə üç təlim bombası yerə düşüb. Xoşbəxtlikdən hər biri 11 kiloqramdan ibarət təlim bombaları yaşayış olmayan ərazilərə düşdüyü üçün insan tələfatı və dağıntı olmayıb.

Bu il İsveçə məxsus Jas 39 Gripen qırıcısı ölkənin cənubunda keçirilən təlim zamanı quş dəstəsi ilə toqquşub, nəticədə pilot həlak olub”.

E.Mirzəbəyli bildirib ki, təkcə 2018-ci ildə dünyada hərbi və mülki təyyarələrin quş dəstəsilə toqquşması nəticəsində 14500-də artıq qəza və insident baş verib:

“Bu məlumatı ABŞ-ın əsasən hərbi araşdırmalar və xəbərlər üzrə ixtisaslaşmış “Marine Corps Times” qəzeti verib.

Hərbi ekspert deyiləm və olmaq niyyətim də yoxdur. Amma internet resurslarında bir neçə dəqiqəlik axtarış nəticəsində yüzlərlə fakt əldə edə bildim və oxucuların vaxtını almaq istəmədiyim üçün onlardan bir neçəsini diqqətə çatdırdım.

İstənilən şəxsin belə məlumatları əldə etmək imkanı var, şübhəsiz. Hər şey niyyətdən və qafadan asılıdır”.

Tarix
2019.08.22 / 16:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla