Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Fərmanda qeyd edilir: "Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram.
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti.
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
1.4. avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar
dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət
texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin
ödənilməsi barədə sənədi tələb etməsinin həmin Qanun qüvvəyə
mindiyi gündən dayandırılmasını təmin etsin.
1.5. aidiyyəti dövlət orqanları ilə birlikdə, bu Qanunla təsdiq
edilmiş yeni vergi dərəcələrinə uyğun olaraq, 2015-ci il dövlət
büdcəsinin gəlirlərinin artırılması üçün zəruri tədbirlər görsün və
hər rüb dövlət büdcəsinə vergi növləri üzrə əlavə daxilolmaların
vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin.
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
3. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust
tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, N 8 (III kitab), maddə 616; 2005, N
12, maddə 1099; 2006, N 5, maddə 400, N 12, maddə 1034; 2007, N 4,
maddə 323, N 12, maddə 1225; 2008, N 11, maddə 972; 2009, N 3,
maddə 163, N 4, maddə 226, N 10, maddə 780; 2010, N 7, maddə 610;
2011, N 7, maddə 631; 2013, N 7, maddə 805, N 11, maddə 1324; 2014,
N 4, maddə 359, N 5, maddə 477, N 9, maddə 1027.
N 10, maddə 1198; Azərbaycan Respublikası Prezidentinin 2014-cü
il 17 noyabr tarixli 350 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər
edilsin.
3.1. 1.4-cü bənddə "194.2.1-ci," sözlərindən sonra "212.3-cü,"
sözləri əlavə edilsin.
3.2. 1.18-ci bənddən "212-2-ci və" sözləri çıxarılsın.
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 212.3-cü maddəsinə uyğun olaraq,
bir ay müddətində yol vergisi bəyannaməsinin formasını
müəyyənləşdirsin".