Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Oktyabr 2019


İsa Qəmbərdən Qəhrəmanlı olayına maraqlı yanaşma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədrinin bu gün istefa verən müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun gündəmi silkələyən və ictimai rezonans doğuran açıqlamasına Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də reaksiya verib.

Axar.az İsa Qəmbərin Feysbuk səhifəsindən paylaşdığı mövqeyini təqdim edir:

Dünən oxuduğumuz dəhşətli hadisədən xəbər tutanda 2018-ci ilin 2 dekabrında gənclərin dəvəti ilə iştirak etdiyim bir tədbiri xatırladım. "Dünya Uşaqların Gözü ilə" adlı bu tədbirdə təşkilatçıların qeyd etdiyi kimi "yüzlərlə istedadlı uşaqların arasından seçilmiş 9-15 yaşlı natiqlərin öz maraq sahələrinə uyğun düşüncələrini və təkliflərini" dinlədik. Paylaşdığım fotonu həmin tədbirdə çəkmişdim. Şəkildə ən sağdakı uca boylu məktəbli qız Sanay Yagmurdur. Yüzlərlə istedadlı uşaqların arasından seçilmişlərdən biri olan Sanay ilk natiqlərdən biri oldu və burada da fərqləndi. Onun "öz maraq sahəsinə uyğun" mövzusu ... uşaq və qadın hüquqları və ailədaxili şiddətlə bağlı idi! Sanay çox parlaq və yaşına görə çox yetkin bir çıxış etdi. Tədbirdən sonra Zümrüd xanımı təbrik etdim, qürur duyulası bir övlad yetişdirdiyini bildirdim. Amma o zaman bilmirdim və düşünmədim ki, Sanay həm də başlarına gələnlərdən təsirlənib bu mövzunu seçib. Heyif ki, tədbirin videosu yoxdur. Yeri gəlmişkən həmin gün digər uşaqlar da çox fərqli və maraqlı çıxışlar etmişdilər.

Mən hesab edirəm ki, həyati təhlükə olmadan heç bir insanın başqa insana zorakılıq etməyə haqqı yoxdur. Zəifə qarşı zor ikiqat cinayətdir.

Bu qorxinc hadisəyə gənclərin reaksiyası, cəmiyyətin nümayiş etdirdiyi içtimai qınaq məni əsasən qane etdiyi üçün münasibət bildirməyə tələsmədim. Açığı söhbətin partiyalar arası savaş kimi görünəcəyinin də həm partiyalara, həm də bu mühüm mövzuya ziyanlı olacağından ehtiyatlanırdım. Lakin bu ictimai diskussiya zamanı bəzilərinin mövzuya tamamilə yanlış mövqeləri, ailəiçi şiddətə normal, sıradan bir hal kimi yanaşmaları, bəzilərinin isə partiya "maraqlarından" çıxış etmələri məni də münasibət bildirmək zərurətinə inandırdı.

Əvvəlcə Hüseyn Cavidin şeiri ilə münasibət bildirmək istədim. Çünki H. Cavid bu məsələyə fəlsəfi-konseptual mövqe bildirib və nəinki zorakılığa qarşı çıxıb, həm də bəyan edib ki, bəşəriyyətin xilası və inkişafı qadın azadlığına bağlıdır. Bu müsavatçılığın mahiyyətinə də uyğun yanaşmadır.

Lakin gənclərin reaksiyasından anladım ki, bu yetərli deyil. Oxuduğumuz hadisələrin baş verməsinin səbəblərindən biri də özünü kişi adlandıranların belə hadisələrə tələb olunan reaksiya verməməyi, “ailə daxili məsələdir” deyib keçməyidir. Buna son qoymaq lazımdır. Bu cür hadisələrin şahidi olanda və ya bu barədə eşidəndə birmənalı münasibət göstərmək lazımdır. Susmaq, təmkin nümayiş etdirmək zorun tərəfində olmaq deməkdir. Mən heç zaman zorun tərəfində olmamışam və olmaq niyyətində də deyilən.

Qadına qarşı, uşağa qarşı zorakılıq ailə daxili məsələ deyil. Bu bizim hamımıza toxunan məsələdir. Buna susmaq isə yolverilməzdir. Cəmiyyətdən, ailənin reaksiyasından qorxmayıb səsini qaldıran hər bir qadın isə cəsarət nümayiş etdirir. Bizə bu cəsarətdən daha çox lazımdır. Zorakılığa qarşı səsinizi qaldırmaqdan çəkinməyin.

Onu da etiraf edim ki, bu qeydlərimi yazarkən Fuad Qəhrəmanlının istefa xəbərinin yayılması fikrimi paylaşmağı asanlaşdırdı.

Bu bir hadisəyə, bir adama, bir quruma aid yazı deyil. Mən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi bəyan edirəm ki, MSDM-də ailəiçi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşan kimsə varsa özü bizdən kənarlaşsın. Biz belə birini görsək onu kənarlaşdıracağıq.

Və mənə doğma Müsavat Partiyasından başlamış bütün qurumlara da belə mövqe bildirməyi tövsiyyə edirəm.

Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!

Tarix
2019.09.21 / 01:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır

Prezidentin tənqidi: adlar açıqlanacaq – MŞ plan hazırladı

Əli Əsədov İrəvanda niyə günlərdir müzakirə edilir?

Heydər Əliyev məni dəvət etdi və dedi ki... - Abutalıbov

Çavuşoğlu da Bakıya gəlir

Abutalıbov və Həsənov niyə istefaya göndərildi? - Video

Tofiq Yaqublu DİN-in Hospitalına aparıldı - Açıqlama

İlham Əliyev MDBMİ-ni təbrik etdi

Prezident bilir ki, hansı məmurlar sabotaj edir... - Həsənov

İlham Əliyevdən sensasion mesaj: Yaşı 70-i keçən məmur...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla