Yuxarı

“Söyüşə qarşı savaş”: 400 min adama məlumat ötürüldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Sosial şəbəklərdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətin təşkili” adlı layihəsinin yekunları ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirə ölkənin partiya sədrləri, millət vəkiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, QHT rəhbərləri, mətbuat nümayəndələri, müstəqil politoloqlar qatılıblar.

Layihənin icraçısı, Bələdiyyələrin İnkişafına Yardım İB-nin sədri, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı layihə barədə məlumat verib. Onun sözlərinə görə, layihə 4 ay davam edib:

“Hazırda Azərbaycanda 4 milyondan artıq şəxs sosial şəbəkədən istifadə edir ki, bunun da 3 milyondan çoxu Feysbuka aiddir. Bizim təşkilatın Feysbukda 30 min izləyicisi olan “Niyaməddin Orduxanlı” adlı səhifəsi var. Səhifəm vasitəsi ilə 4 ay müddətində dövlətimizin milli maraqlarının müdaifəsi istiqamətində işlər aparmışıq. 400 mindən artıq Feysbuk istifadəçisinə səhifə vasitəsi ilə məlumatlar çatdırmışıq. Əsas fəaliyyətimiz Azərbaycana qarşı kampaniya aparan qüvvələr, söyüşü vasitə kimi istifadə edən şəxslərlə bağlı olub”.

Tədbirdə çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev sosial şəbəkədə bu cür işlərin qurulmasını çox müsbət addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu gün öz müstəqil dövlətini qura bilməyən xalqlar var. Azərbaycan bu mənada xoşbəxt ölkədir:

“Biz dövlətimizin dayaqlarına zərbələr endirilməsinə imkan verə bilmərik. Bu dayaqlardan biri və əsası milli-mənəvi dəyərlərdir. Dəyərlərimizi qorumaq əsasən gənclərin üzərinə düşür. Biz belə layihələrlə gənclərimizin vətənpərvərlik ruhunu gücləndirməli, müstəqil ölkəmizi qorumalı, milli dəyərlərə yönələn təhdidlərin qarşısına çıxmalıyıq”.

Millət vəkili Elman Nəsirov dövlətimizin əleyhinə Avropada yaşayan bəzi xəstə şəxslərlə işlər aparıldığını bildirib:

”Azərbaycan dövlətinin əleyhinə olan qüvvələr Avropada yaşayan bəzi xəstə adamları əla alırlar. Bu adamlar normal adamlar deyillər, şizofrenikdilər. Belə adamlarla danışıq aparmağın heç bir mənası yoxdur. Biz sosial şəbəklərdə bu cür təbliğatı qurmalıyıq. Vətənpərvərlik və dövlət maraqlarımızın müdafiəsində yaxından iştirak etməliyik”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan cəmiyyətinin bütün nümayəndələrinin birgə fəaliyyətinin vacib olduğunu bildirib:

“Millət vəkili Elman Nəsirov düz deyir. Bu adamlar xəstədir. Belə adamların vasitəsi ilə ölkəmizə hücum edirlər. Biz hər yerdə öz dövlətimizin maraqlarını müdafiə etməliyik”.

Tədbirdə millət vəkili Fərəc Quliyev, Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev, tanınmış QHT sədrləri - Novella Cəfəroğlu, Arzuman Abdulkərimov, Ceyhun Musaoğlu, Ülkər Abdullayeva, Səadət Bənənyarlı, Azər Həsrət, Cəsarət Hüseynzadə, Vüsalə Hüseynli və ehtiyatda olan polkovnik-leytenant, Qarabağ qazisi Elmar Hüseyn, Faiq İsmayılov və digər şəxslər çıxış ediblər.

Tarix
2019.10.04 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla