Yuxarı

ABŞ ekspertindən Əliyevin islahatlarına dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ ekspertindən Əliyevin islahatlarına dəstək

Azərbaycan Nazirlər Kabinetindəki cari dəyişikliklər Prezident İlham Əliyevin dövlət qulluğunu canlandırmaq və ölkənin xarici siyasətini gücləndirmək üçün apardığı uzaqgörən strategiyadır.

Bunu Report-a amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin görkəmli və layiqli xidməti Azərbaycanın müasir tarixində böyük nailiyyətlər irsi formalaşdırıb: "Bununla yanaşı, gənc mütəxəssislərin təyin edilməsi gənc və dinamik dövlət qulluqçularının irəliyə çəkilməsinin və Azərbaycanda dərin köklərə malik Qərb-Avropa dövlət idarəetməsi və dövlət qulluğu üslubunun sübutudur".

"Azərbaycan iqtisadi inkişafın doğru yolundadır və kifayət qədər praqmatik siyasət aparır. Yeni təyin olunmuş kadrlar Azərbaycanın milli maraqlarını, ərazi suverenliyini və bütövlüyünü qorumağa davam edəcək", - amerikalı politoloq vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev "Kadr islahatları labüddür, bu, qaçılmazdır" deyib. Dövlət başçısının sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Qeyd edək ki, M.Cabbarov bu postda Azərbaycanın Baş Nazirinin müavini təyin olunan Şahin Mustafayevi əvəzləyib.

Bununla yanaşı, Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb, ardından o, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.

Tarix
2019.10.24 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla