Yuxarı

Suriyada “İraq planı”: Türkiyə üçün növbəti tələ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan terrorçu Fərhad Abdi Şahinə olan münasibət əslində, Suriyanın gələcəyi ilə bağlı prosesdən xəbər verir.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM sədri Nazim Cəfərsoy son günlər ABŞ və Rusiyanın Türkiyənin qırmızı bülletenlə axtardığı SDQ komandiri ilə müzakirələr aparmasına münasibət bildirərkən deyib.

O, qarşıdakı dönəmdə Suriyada da İraqdakına bənzər strukturun yaradılacağını bildirib:

"Ancaq bir məsələ var ki, İraqda əsas faktor ABŞ idi. ABŞ-ın İraqda marağı bu ölkədə mərkəzi hakimiyyətin zəif qalmasını təmin etmək və oradakı sunni, şiə, xüsusən də kürd faktorunun mümkün qədər sistem içərisində müstəqil və ya onlara bağlı qalmasını saxlamaqdan ibarət olub. Bu, həm ABŞ-ın gələcəkdə bölgənin dizaynı ilə bağlı planları üçün önəmlidir, həm də öz hərbi gücünü burda saxlamaq üçün ən uyğun platformalardan biri hesab olunur. Bu gün İraqda Məsud Bərzaninin olduğu bölgədə önəmli ABŞ gücü var. Bənzər prosesin Suriyada da gerçəkləşəcəyini görürəm”.

N.Cəfərsoy Məzlum Kobanini İraq kürdlərinin lideri Məsud Bərzani ilə müqayisə edib:

“Suriyada İraqdan fərqli olaraq əsas aktor Rusiyadır. Həm ABŞ, həm də “Sülh çeşməsi” əməliyyatından sonra Türkiyə masada daha güclü mövqe yerini alacaq. Müzakirələrdə Suriyanın gələcəyi ilə bağlı kürd, xüsusilə də PYD faktorunun SDQ adı altında siyasi sistem içərisində yer almasını təmin edə biləcək bir formul da irəli sürülə bilər. Belə bir strukturun formalaşdırılması üçün kürdlərin bir təşkilatının, lider namizədinin olması çox vacibdir. Son zamanlar Məzlum Kobani bu mənada ön plana çıxır. ABŞ Prezidenti Donald Trampın birbaşa Kobaniyə zəng etməsini, eyni zamanda, Rusiyanın onunla ünsiyyət qurmağa başlamasını bu ölkələrin Suriyanın gələcəyində PYD-ni və ya kürd azlıqları təmsil edən Məzlum Kobani liderliyində bir quruluşun yaradılmasına yaşıl işıq yandırmaları kimi xarkterizə etmək olar”.

Ekspertin sözlərinə görə, ABŞ və Rusiyanın Məzlum Kobani ilə daimi ünsiyyətdə olması Türkiyənin işini çətinləşdirəcək:

“Bu məsələ Türkiyə üçün problem yaradacaq. Rusiya və ABŞ-ın Məzlum Kobani ilə danışıqlar aparmasını onun siyasi fiqur kimi dəstəklənməsi kimi qiymətləndirmək olar.

Kobani “Sülh çeşməsi” əməliyyatı zamanı Trampa məktub yazıb kömək istəmiş və Türkiyə ilə danışıqlara hazır olduğunu bəyan etmişdi. Tramp da həqarət dolu məktubla bərabər, Məzlum Kobaninin təklifini Türkiyəyə çatdırmışdı. Bu mənada ABŞ və Rusiyanın SDQ komandiri ilə təmasda olması onun Suriyanın gələcəyində yer almasına qarşı çıxmamaları kimi başa düşülə bilər. Bu baxımdan Türkiyənin işinin çətin olduğunu düşünürəm”.

Politoloq Məzlum Kobani ilə bağlı məsələnin BMT-nin Cenevrədəki müzakirələri zamanı həll ediləcəyini bildirib:

“Türkiyənin bu məsələni necə həll edəcəyi sual altındadır. ABŞ müdaxiləsinin ilkin dövrlərində Məsud Bərzani də Türkiyə dövləti tərəfindən siyasi bir aktor kimi qəbul olunmamışdı. Amma zaman keçdikcə bunun dəyişdiyini gördük. İndi də Kobani ilə bağlı belə bir şeyin olub-olmayacağını demək çətindir. Amma Məzlum Kobaninin bir aktor kimi yer alması üçün işlər görülür.

Avropa İttifaqının da Məzlum Kobani ilə diplomatik təmaslarda olacağını istisna etmirəm. Çünki ABŞ və Rusiya PYD-ni terrorçu kimi qəbul etmir, əksinə, ABŞ onları ciddi şəkildə dəstəkləyir. Bu məsələnin necə həll ediləcəyi Cenevrə müzakirələrində bəlli olacaq”.

Tarix
2019.10.26 / 09:09
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla