Yuxarı

Tramp diktatorlara qapıları açdı: ABŞ siyasətini dəyişir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp diktatorlara qapıları açdı: ABŞ siyasətini dəyişir?

ABŞ Prezidenti Donald Tramp daha çox şəffaf siyasət aparmağın tərəfdarıdır. O, bir çox hallarda siyasətdəki qapalı gedişatları publikaya, rəyçilərə açır.

Bu sözləri Axar.az-a açıqlamasında Trampın ABŞ-a xeyir verəcəyi təqdirdə diktatorlarla görüşə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, digər ABŞ liderləri bu əməllərinə don geyindirsələr də, Tramp bunu açıq şəkildə dünyaya bildirib:

“Bəlkə də Trampın bu siyasəti ondan irəli gəlir ki, o, vaxtilə şou-proqramlar aparıb. Eyni zamanda nəhəng media kampaniyalarının da başçısı idi. Ola bilər ki, Tramp şəffaflıq prinsiplərini gerçək siyasətdə də tətbiq edir. Lakin onun bu açıqlamasında yeni informasiya yoxdur. Tarixə də nəzər salsaq görərik ki, ABŞ-a müttəfiq ölkələrin başçılarının bir çoxu diktatorlardır. Bu diktatorlar isə amerikayönümlü siyasət aparıb. Məsələn, Misirin prezidenti olmuş Ənvər Sədat amerikayönümlü siyasət aparıb, bir çox ölkələrdə isə hərbi diktator sayılırdı. ABŞ liderləri illərlə tərəfdaşları olan müxtəlif ölkələrin diktatorları ilə yaxından münasibət qurublar. Hətta bunu bəzən gizlətmirdilər. Sadəcə olaraq, bu əməllərinə başqa don geyindirirdilər və özlərinə bəraət qazandırırdılar. Tramp isə onlardan fərqli olaraq, həmin şəxslərin diktator olmasını və onlarla münasibətlərini açıq şəkildə deyir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-a xeyir verərsə, diktatorlarla görüşə biləcəyini deyib.

Tarix
2019.11.14 / 09:25
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla