Yuxarı

Nazirin müvəqqəti təyinatı: qurum ləğv edilir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin müvəqqəti təyinatı: qurum ləğv edilir?

"Nəqliyyat naziri Ziya Məmmədovun "Azəryolservis" ASC-yə müvəqqəti sədr təyinatı yaxın zamanda qurumun ləğv ediləcəyi və Nəqliyyat Nazirliyinin balansına veriləcəyi ehtimalını yaradır".

Bu məlumatı Axar.az-a verən qaynağın sözlərinə görə, "Azəryolservis" ASC-nin sədrini prezident təyin edir:

"Keçmiş sədr Cavid Qurbanov da Prezident sərəncamı ilə "Azəryolservis" ASC vəzifəsindən alındı və yeni vəzifəyə təyin olundu. Yəni bu quruma sədr təyinatı birbaşa prezidentin sərəncamındadır. Ona görə də Ziya Məmmədovun müvəqqəti əvəzedici təyin etməsi qurumun gələcək müqəddəratının təyin edilməməsindən irəli gəlir".

Xatırladaq ki, nazirin əmri ilə "Azəryolservis"in əvəzedicisi təyin edilən Saleh Məmmədov əməkdar mühəndisdir.

S.Məmmədov 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olub, 1980-ci ildə təhsilini başa vuraraq inşaat-mühəndis ixtisasına yiyələnib.

Uzun müddət yol təsərrüfatının müxtəlif qurumlarında mühəndislikdən rəis vəzifəsinədək yüksəlib. S.Məmmədov 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub, 2012-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

Tarix
2015.02.12 / 23:08
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla