Yuxarı

Məxfi mesajlar üzə çıxdı: ABŞ-İran savaşının şifrələri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məxfi mesajlar üzə çıxdı: ABŞ-İran savaşının şifrələri

ABŞ-İran arasında uzun müddət davam edən soyuq savaş 2020-ci ilin əvvəlində alovlandı və tərəflər raket qarşıdurmasına başladılar. Bu gərginlik fonunda bəzi simvolik nüanslar, tərəflərin bir-birilərinə ötürdükləri məxfi mesajlar diqqət çəkdi.

Axar.az xəbər verir ki, “Hürriyyət” bu simvolik mesajları qruplaşdırıb.

ABŞ-ın 52 hədəf cavabı

ABŞ Prezidenti Donald Tramp Tehranın SEPAH komandanı Qasım Süleymaninin öldürülməsinə reaksiya verəcəyi təqdirdə İrana məxsus 52 hədəfi vuracaqlarını dedi. Bu rəqəmin 1979-cu ildə Tehranda girov götürülmüş 52 amerikalıya işarə olduğu deyilir.

İrandan 290 hədəsi

İran Prezidenti Həsən Ruhani öz Tvitter səhifəsində “52 rəqəminə eyham vuranlar 290 rəqəmini xatırlamalıdırlar” yazdı. Ruhani bununla 1988-ci il iyulun 3-də ABŞ-ın Dubaya gedən bir İran təyyarəsini raketlə vurması nəticəsində 290 nəfərin həlak olmasına diqqət çəkdi.

52 ədəd F-35 nümayişi

ABŞ bir qədər əvvəl Yutada planlaşdırılmış aviasiya təlimində 52 ədəd F-35A tipli döyüş təyyarəsini nümayiş etdirdi. 52 rəqəmi növbəti dəfə gündəmə gəldi.

Süleymani vaxtı ilə...

Qasım Süleymani İraqın paytaxtı Bağdadda saat 01:20-də öldürüldü. İran da öz növbəsində ABŞ hədəflərinə cavab zərbəsini saat 01:20-də həyata keçirdi.

Trampın getdiyi hərbi baza

İranın vurduğu hərbi bazalardan biri də Eyn əl-Əsəd idi. D.Tramp 2018-ci il dekabrın 26-da həmin bazaya baş çəkmişdi.

Baza amerikalılar üçün İraqdakı hərbi mövcudluğunun simvolu sayılır.

Tarix
2020.01.09 / 11:15
Müəllif
Aqşin
Digər xəbərlər

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla