Yuxarı

Ukrayna “Patriot” üçün raket istehsal edə bilməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna “Patriot” üçün raket istehsal edə bilməyəcək

Ukrayna heç vaxt “Patriot” sistemi üçün PAC-3 raketlərini istehsal etməyəcək. Hətta lisenziyalar verilsə belə, bu raketlər Ukraynada deyil, Almaniyada istehsal olunacaq.

Axar.az xəbər verir ki, bunu hərbi analitik Dmitri Sneqirev bildirib.

“Bu, əvvəldən aydın idi. ABŞ tərəfinin əsas tələbi ondan ibarətdir ki, hətta lisenziyalar verilsə belə, istehsal Ukraynada deyil, Almaniya ərazisində həyata keçirilsin. Təhlükəsizlik amilini də nəzərə alsaq, söhbət Rusiyanın eyni aerobalistik zərbə vasitələri ilə istehsal müəssisələrini məhv etmək imkanından gedir”, – deyə o söyləyib.

Onun sözlərinə görə, ikinci səbəb Ukraynada müvafiq istehsal bazasının və kifayət qədər ixtisaslı işçi qüvvəsinin olmamasıdır.

Bundan əlavə, Rusiya raketlərinin davamlı zərbə təhlükəsi ilə yanaşı, Vaşinqtonda PAC-3 raketləri ilə bağlı texniki sənədlərin korrupsiyaya uğramış ukraynalı məmurlar vasitəsilə Rusiya xüsusi xidmət orqanlarının əlinə keçə biləcəyindən də ehtiyat edirlər.

“ABŞ, xüsusilə də Tramp, məlumat sızması, yəni PAC-3 raketləri ilə bağlı sənədlərin Rusiya tərəfinə ötürülməsi ehtimalı ilə bağlı narahatlıqların olduğunu bəyan edib”, – analitik deyib.

Tarix
2026.08.09 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla