Yuxarı

Lamiyə danışdı: "O, hələ heç nə bilmir" - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyə danışdı: "O, hələ heç nə bilmir" - Video

Həbsxanada uşaq dünyaya gətirməsilə son bir neçə ayda ölkə mediasının və ictimaiyyətin diqqətini özünə cəlb edən Lamiyə Quliyeva ANS-ə açıqlama verib.

Bu gün isə Bakı Apelyasiya məhkəməsində Lamiyə Quliyeva barəsində prokurorluğun protestinə baxılıb. Hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə Lamiyə Quliyevanın vəkili çıxış edib. Vəkil məhkum Lamiyə Quliyevanın barəsində seçilən həbs-qəti imkan tədbirinin dəyişdirilməsi və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıb. Məhkəmə isə vəsatətləri təmin etməyib.

Lamiyə Quliyeva isə bir çox məsələlərə aydınlıq gətirib. Özündən siyasi silah kimi istifadə olunmasını söyləyən məhbus qadın həbsxanada dünyaya gətirdiyi uşağından söhbət açıb.

"Mən artıq anayam, övladım var. İstəməzdim ki, o da burada mənim kimi məhbus həyatı yaşasın. Artıq bir yaşında onun hər şeyi dərk edən bir vaxtı olacaq. O, hələ heç nə bilmir, hər şeydən xəbərsizdir. Körpəm 4 aylıqdır. İstərdim ki, o, hər şeyi dərk edən bir vaxtda azadlıqda olsun", – deyə Lamiyə Quliyeva bildirib.

Tarix
2015.02.13 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla