Yuxarı

Tovuzun bu kəndlərində hansı problemlər var?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzun bu kəndlərində hansı problemlər var?

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rauf Vəliyev kənd-kənd görüşlərini davam etdirir.

Axar.az xəbər verir ki, fevralın 3-də Rauf Vəliyev Tovuzun Şamlıq və Yanıqlı kəndlərində seçicilərlə səmimi münasibət qurub. Hər iki kənddə əvvəlcə öz planlarını, düşüncələrini açıqlayan Rauf Vəliyev ardından yerli sakinlərin qayğılarını, onları narahat edən məsələləri dinləyib.

Yanıqlı kəndində bankomatın çatışmazlığı vurğulanıb. Belə ki, kəndlilər təqaüd və maaşlarını almaq üçün rayon mərkəzinə doğru xeyli məsafə qət etməyə məcbur olurlar.

Şamlıq sakinlərinin qayğıları isə daha çoxdur. Sakinlər bildiriblər ki, kənddə tibb məntəqəsi olsa da, həkim çatışmazlığından əziyyət çəkirlər. Həmçinin Şamlıqda işıq və qaz problemi var. Sakinlərin sözlərinə görə, işıq dirəkləri köhnədir:

“Güclü külək əsən kimi işıqsız qalırıq. Yenə heç olmasa bu problemi lampa ilə həll edə bilirik. Amma qışda qazın olmaması bizə çox əziyyət verir. Ağaclar kəsilir, meşələr məhv olur. Hamısı da baha qiymətə başa gəlir. Amma qaz çəkilsəydi, həm büdcəmizə xeyli qənaət olunardı, həm də meşə fondumuz məhv olmazdı”.

Sadalanan bütün problemləri qeydə alan deputatlığa namizəd Rauf Vəliyev bu məsələləri ictimailəşdirəcəyini bildirib.

Tarix
2020.02.03 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla