Yuxarı

Qarabağda durum aktiv fazaya keçə bilər - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda durum aktiv fazaya keçə bilər - Foto

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Kinqs Kollecində "Dağlıq Qarabağ münaqişəsi: mövcud vəziyyət və gələcək perspektivlər" mövzusunda konfrans keçirilib.

Şuradan Axar.az-a daxil olan məlumatda bildirilir ki, Böyük Britaniyanın Birminqem Universitetinin "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin təşkil etdiyi tədbirdə ölkənin bir sıra təhsil müəssisələrinin professorları, beynəlxalq ekspertlər və diplomatlar iştirak edib.

İki sessiyadan ibarət konfransda ATƏT Minsk Qrupunun keçmiş həmsədri cənab Jak For, LINKS mərkəzinin rəhbəri, siyasi analitik cənab Dennis Sammot, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin nümayəndəsi xanım Amanda Pol, habelə Birminqem Universtetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi əməkdaşı doktor Kəmalə İmranlı-Löv məruzə ilə çıxış ediblər.

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri cənab Jak For çıxışında Rusiya, Türkiyə, İran kimi dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə təsiri, habelə onların ölkəmiz və Ermənistanla ikitərəfli münasibətlərinə toxunub. LINKS mərkəzinin rəhbəri, siyasi analitik cənab Dennis Sammot ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətindəki fəaliyyəti haqqında bildirib ki, 20 ildən artıq müddətdə davam edən sülh danışıqların uğursuzluğa düçar olması həmsədrlərin fəaliyyətinin müsbət qiymətləndirilməsinə imkan vermir.

Xanım Amanda Polun fikrincə, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllini istəsə də, danışıqlar prosesində irəliləyiş əldə olunmasa konflikt yenidən aktiv fazaya keçə bilər.

Konfransın sonunda çıxış edən Kəmalə İmranlı-Löv "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediası prizmasından" mövzusunda apardığı tədqiqatın nəticələrini təqdim edib. Tədqiqat nəticələrinə əsasən məlum olub ki, Böyük Britaniyanın aparıcı media qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılmasına qeyri-obyektiv və qərəzli yanaşaraq, daha çox Ermənistanın haqsız mövqeyini müdafiə etməklə fərqləniblər.

Konfrans ekspertlərin fikirlərinin müzakirəsi ilə davam edib.

Tarix
2015.02.23 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla