Yuxarı

ATƏT-dən Azərbaycandakı seçkilərlə bağlı hesabat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçirilən qış sessiyasında bu qurumun seçki müşahidə missiyalarının hesabatı dinlənilib. Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən ATƏT PA müşahidə missiyası adından çıxış edən Artur Gerasimov seçkilərdə üç yüzədək parlamentarinin müşahidəçi kimi iştirak etdiyini bildirib. Bu müşahidəçilərin Avropa Şurası və ATƏT olmaqla, əsasən iki böyük qrupa bölündüyünü qeyd edən natiq Azərbaycanda keçirilən seçkilər barədə hesabatı təqdim edib.

Axar.az xəbər verir ki, ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru qismində seçkiləri müşahidə edən A.Gerasimov seçkilər zamanı Azərbaycanın nəzarətində olmayan ərazilərdə müşahidə apara bilmədiklərini bildirib. Qeyd edib ki, hamıya məlum olduğu kimi, Azərbaycan ərazilərinin işğalından və çox sayda məcburi köçkünün həmin əraziləri tərk etməsinə səbəb olan həll edilməmiş ərazi münaqişəsindən əziyyət çəkir. Xüsusi koordinator seçki missiyasının Azərbaycan hökumətinin məcburi köçkünlərin səsvermə hüquqlarının təmin olunması üçün atdığı konkret addımları nəzərdən keçirdiyini bildirib.

Hesabatdan sonra Ermənistan nümayəndəsi xüsusi koordinatoru öz mandatından kənara çıxmaqda ittiham edib, çıxış və müşahidə missiyasının hesabatında seçkilərin gedişatına dair məsələlərin diqqətdə saxlanılmalı olduğunu deyib.

Artur Gerasimov isə cavab olaraq bildirib ki, çıxışında söylədiyi fikirlər, eyni zamanda, seçkilərdən sonra yayılan ilkin nəticələrə dair bəyanatda da əksini tapıb. Orada 125 dairədən 10-da Ermənistanla davam edən münaqişə səbəbindən seçkilərin təşkil edilə bilmədiyi yazılıb. Həmçinin bildirib ki, bu, təkcə Dağlıq Qarabağa aid deyil, ətraf rayonlar da Azərbaycan hökumətinin nəzarəti altında deyil və ya qismən nəzarəti altındadır. Bu da hesabat və bəyanatda qeyd edilib.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışında bildirib ki, son iki gündə keçirilən müzakirələrdə Ermənistan nümayəndələrinin açıqlamaları onların Minsk Qrupu həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışlarını özlərinə sərf edən şəkildə başa düşdüklərini nümayiş etdirir: “Daha çox narahatedici məqam ondan ibarətdir ki, Ermənistan parlamentinin yeni üzvləri əvvəlki hökumətin köhnə fikirlərini təkrarlayırlar. Ermənistan nümayəndə heyətinə bir sualım var: bu siyasətin perspektivinin olmadığını başa düşmək üçün neçə inqilaba, neçə baş nazir və prezidentin həbsinə ehtiyacınız var və neçə hökuməti devirməlisiniz?”

Tarix
2020.02.22 / 01:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla