Yuxarı

Erməni publisist: “Xocalıya görə sizdən üzr istəyirəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni publisist: “Xocalıya görə sizdən üzr istəyirəm”

"Mən Xocalıda yüzlərlə insana qarşı olan soyqırımda ermənilərin iştirakına görə sizdən üzr istəyirəm".

Axar.az xəbər verir ki, bu açıqlama ilə mühacirətdə olan erməni publisist Vahe Avetiya öz Feysbuk səhifəsində çıxış edib.

O, Ermənistanın nə vaxtsa Xocalı qatillərini mühakimə edəcəyinə inandığını bildirib:

"Əziz azərbaycanlı qonşularım! Mən Xocalıda yüzlərlə insana qarşı olan soyqırımda ermənilərin iştirakına görə sizdən üzr istəyirəm. Sizi əmin edirəm ki, nə məni, nə dostlarımla yaxınlarımı qatil, hannibal və sadist kimi tərbiyə etməyiblər. Sizi əmin edirəm ki, əgər nə vaxtsa Ermənistanda qanuni xalq respublikası qurulsa, o zaman mənim ölkəm bu cinayətin araşdırılması və günahkarların məhkəmə qarşısında durması üçün bütün imkanlarından istifadə edəcək. Məncə, bütün ittihamları qəbul edib, məhkəmə qarşısında dayanmağa və öz vətəndaşlarının törətdiyi cinayətlərinə görə mühakimə etməyə cəsarəti çatmayan xalqın bu gün dünya ictimaiyyətindən yüz illər əvvəl öz atalarına qarşı törədilmiş cinayətin tanınmasını tələb etməyə haqqı yoxdur".

Tarix
2015.02.26 / 15:49
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla