Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir
Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı
davam edib.
Müdafiə naziri aviasiya poliqonuna baxış keçirib və müxtəlif
təyinatlı hərbi aviasiya atəş sistemlərinin hazırlıq səviyyəsi ilə
maraqlanıb.
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki,
Zakir Həsənov uçuş və texniki heyətlə görüş keçirib, döyüş
hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini
bölüşüb, aviasiya poliqonunun abadlaşdırılması, yeni hədəflərin
quraşdırılması, müasir taktiki şəraitin yaradılması və baxış
meydançasının genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar
verib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası
rəhbərinin müavini general-leytenant Vahid Əliyev də iştirak
edib.