Yuxarı

Zelenski İstanbula getmək istəmədi, Qərb işə qarışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski İstanbula getmək istəmədi, Qərb işə qarışdı

Amerikalı və avropalı rəsmilər ötən gün axşam saatlarında Ukrayna Prezidenti Vladimir Zelenskini radikal addımlardan çəkindirməyə nail olublar. Zelenski bu həftə üçün planlaşdırılan danışıqların gedişindən məyus olaraq, köməkçilərinə Türkiyədə rusiyalı rəsmilərlə görüşməyə icazə verməyəcəyini bildirmişdi.

Axar.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış iki diplomat “Vaşinqton Post” nəşrinə məlumat verib.

Bildirilir ki, rəsmilər Ukrayna tərəfinin heç olmasa yüksək rütbəli köməkçilərdən ibarət nümayəndə heyətini — Prezident Administrasiyasının rəhbəri Andrey Yermakı və xarici işlər naziri Andrey Sibiqanı danışıqlara göndərməsinin vacibliyini vurğulayıblar. Lakin onlar Ukrayna liderinin dəfələrlə göstərdiyi müqavimətlə qarşılaşıblar.

“Zelenski ümumiyyətlə ora getməkdə məna görmürdü”, – deyə diplomatların biri deyib.

Qeyd olunur ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ukraynalıları inandıra bilib ki, Rusiya ilə birbaşa danışıqlarda iştirak etmələri “uduşlu” vəziyyətdir: əgər onlar gəlsə, Rusiya isə qatılmasa, Moskva pis vəziyyətdə qalacaq və bunun nəticələrinə qatlanmalı olacaq.

Mənbənin sözlərinə görə, əgər həm Ukrayna, həm də Rusiya danışıqlara qatılarsa, tərəflər atəşkəsə və müharibənin sonuna bir addım da yaxınlaşa bilərlər.

Tarix
2025.05.15 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla