Yuxarı

Azərbaycanda bu rayonlar birləşdirilə bilər? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün regionlarda ciddi islahatlara ehtiyac var. Xüsusilə də bu islahatlar inzibati idarə formaları ilə bağlıdır. Lakin belə islahatlar inqilabi şəkildə deyil, tədricən aparılmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun Azərbaycanda rayonların 12 iqtisadi bölgə üzrə birləşdirilməsi təklifini şərh edərkən deyib. O bildirib ki, ölkənin vilayət tipli idarə formasına keçməsi fikri məntiqlidir:

“Bu fikir istər siyasi dairələrdə, istərsə də ictimaiyyətdə uzun müddətdir danışılır. Xüsusilə son günlər bəzi rayonlarda qanunu pozan icra başçılarının həbs edilməsi bu mövzunu yenidən aktuallaşdırdı. Hazırkı dünya təcrübəsinə baxdıqda da biz görə bilərik ki, bu üsul səmərəlidir. Məsələn, Türkiyə uzun illərdir ölkəni vilayətlər əsasında idarə edir. Digər qonşu Gürcüstan da bu üsula keçid etməkdədir. Hətta Ermənistanda belə buna hazırlıq görülür. Düşünürəm ki, ölkənin vilayətlərlə idarə edilməsinin bir çox müsbət təsirləri olar”.

Politoloq qeyd edib ki, hazırkı vəziyyətdə regionlarda vətəndaşların narazılıqları qabarıq şəkildə nəzərə çarpır:

“Bunun da başlıca səbəbi yerli icra hakimiyyəti orqanlarının özbaşınalıqları və insanları incitməsidir. Bu, istər-istəməz dövlət aparatını zədələyən məqamlardır. Onların bu davranışlarının bir səbəbi də icraların sayının çox olmasıdır. Bu mənada 12 iqtisadi rayon üzrə mərkəzləşməyə ehtiyac var. Bunun üçün islahatlar aparılmalıdır. 12 iqtisadi rayonu idarə etmək, onların inkişaf dinamikasına istiqamət vermək mərkəzi hakimiyyət üçün daha rahat olacaq”.

Məsələ ilə bağlı saytımıza danışan iqtisadçı Natiq Cəfərli də deyib ki, regionların 12 iqtisadi rayon ətrafında birləşməsi iqtisadi artıma səbəb olacaq:

“Bu, çox yaxşı təklifdir. Düzdür, bu məsələ uzun müddət aktual olsa da, effektiv bir addım atılmadı. Düşünürəm ki, rayonların 12 iqtisadi rayon ətrafında birləşməsi tədricən olmalıdır. Bunun üçün əvvəlcə rayonlarda yerli əhalinin seçdiyi nümayəndəlik institutu yaradılmalıdır. Yəni rayonlarda yerli səlahiyyətli şəxsləri insanlar seçməlidirlər. Bundan sonra isə 12 iqtisadi rayon ərafında birləşmək olar. 12 iqtisadi rayonun icra başçısı və ya səlahiyyətli şəxsini isə birbaşa Prezident seçməlidir. Qanunvericiliyin əsaslarının qorunması, konstitusiyaya əməl edilməsi, fövqəlada vəziyyətlərdə idarəetmənin birbaşa həyata keçirilməsi səlahiyyətləri icra başçılarında qalmalıdır. Lakin kommunal, təmir-tikinti işləri və s. məsələlər rayonlarda yerli insanlar tərəfindən seçilən nümayəndələr tərəfindən həyata keçirilməlidir. Bu, dünyanın hər yerində belədir. Düşünürəm, belə bir idarəetmə formasına keçirilməsi iqtisadi artıma səbəb olacaq. Xüsusilə 12 iqtisadi rayonun inkişafı bərabər və ixtisaslaşmış formada aparılacaq. Bu, həm də insanların regionlardan paytaxta iş üçün gəlməsinin də intensivliyini azalda bilər. Çünki artıq hər iqtisadi rayon öz potensialı və dövlət dəstəyi ilə bərabər inkişaf edə biləcək”.

Tarix
2020.05.08 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu gün Zərifə Əliyevanın anım günüdür

Məhkəmədə Robert Köçəryan ifşa olundu

Sərhəddə yaşayan ermənilər “ağlaşır”: Minalar qırdı…

Bakı ilə heç vaxt bu qədər yaxın olmamışıq - Mirzoyan

Əliyev sadə yolla Qərbə hər şeyi başa saldı - Boçorişvili

Bakıya dəstək verməyə hazırıq - Rəvançi

Kavelaşvili Bakıya iki azərbaycanlı deputatla gəlir

Əli Əsədov BƏT-in baş direktoru ilə görüşdü

Xanlar Vəliyev kollektivə təqdim edildi

Bayramov Yulius Praneviçlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla