Yuxarı

Azərbaycanlı iş adamını aldadan Mstoyan həbs olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı iş adamını aldadan Mstoyan həbs olundu - Video

Rusiyanın Yaroslavl şəhərində Lilit Mstoyan adlı qadının saxlanıldığı bildirilir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, özünü kürd kimi təqdim edən qadın illərdir şəhər sakinlərini aqressiv davranışları, hədələri və qalmaqallı çıxışları ilə təhdid edib.

Onun erməniləri doğramaqla hədələdiyi, azərbaycanlı iş adamından məhsul alıb ödəniş etmədiyi ilə bağlı xəbərlər var.

Məlumatlara görə, Mstoyanın həbsinə səbəb, qızına verilən aşağı qiymətə görə müəllimi hədələməsi olub.

İddia olunur ki, qadın müəllimə qarşı kobud ifadələr işlədib və fiziki təzyiq göstərəcəyi ilə hədələyib. Müəllim təhdidlə bağlı ictimai fəallardan kömək istəyib. Bundan sonra məsələyə polis müdaxilə edib.

Qeyd olunur ki, Mstoyanın Yaroslavlda açdığı kafe ilə bağlı da bir çox şikayətlər olub. Sakinlər kafenin üfunət, tüstü və səs-küy yaratdığını bildiriblər. Bununla belə, qadın dəfələrlə məsuliyyətdən yayınmağı bacarıb.

Məlumata əsasən, Mstoyan həmçinin 2024-cü ildə azərbaycanlı sahibkar tərəfindən dələduzluqda ittiham olunub. Sahibkarın sözlərinə görə, o, qadının kafesinə Şərq şirniyyatları tədarük edib, lakin qarşılığında ödəniş almayıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, işin nəticəsi barədə məlumat yoxdur.

Yayılan iddialara görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Mstoyan barəsində cinayət işinin açılması ilə bağlı göstəriş verib.

Tarix
2025.12.05 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən sonra kim gələcək? – Real şans...

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla