Yuxarı

Salyanda məktəbdə zəhərlənən şagirdlərdən yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda məktəbdə zəhərlənən şagirdlərdən yeni xəbər

15:34

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

***

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

***

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunanların sayı 18 (13 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) nəfərə çatıb.

Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətə əlaqələr üzrə mütəxəssisi Leyla Nəsirova məlumat verib.

O bildirib ki, xəstəxanaya hospitalizasiya olunan 17 nəfərdən sonra kişi cinsli bir uşaq da hospitalizasiya olunub.

"Zəhərlənmə əsasən 5-7-ci sinif şagirdləri arasında olub, vəziyyətləri yüngüldür", - o əlavə edib.

***

Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 20 nəfər tüstüdən zəhərlənib.

Bu barədə APA-ya Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, onların 14-ü şagird, 6-sı isə məktəbin əməkdaşıdır.

Həmin şəxslərin bir qisminə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

***

Salyanın Aşağı Noxudlu kəndində məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir. Bildirilib ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

Tarix
2025.12.05 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

Bu gün Bakıda mühüm iclas keçiriləcək

Qazaxıstan da Azərbaycana təşəkkür etdi

ABŞ İranı bombalayan B-1-lərin görüntülərini yaydı - Video

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

İranda müharibə: Azərbaycan heç vaxt olmadığı qədər çalışır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla