Yuxarı

Qərbi Azərbaycan Respublikası elan olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sayları heç 100 minə çatmayan Qarabağ erməniləri tarixi Azərbaycan torpaqlarına iddia edirlər. Görünür, ermənilər unudub ki, üzərində yaşadıqları torpağın sahibi azərbaycanlılardır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs Qrupunun BAO-nun (Bütöv Azərbaycan Ocaqları) təşkilatçılığı ilə keçirilən video-konfransda Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsini şərh edərkən deyib. O bildirib ki, İrəvan tarixi Azərbaycan torpağıdır və bu, danılmaz faktdır:

“Qafar Çaxmaqlının təşəbbüsü ilə mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsini dəstəkləyirəm. Bu, çox müsbət bir təşəbbüsdür. Çünki qərbi azərbaycanlılar 1988-ci ildən etibarən öz tarixi torpaqlarından zorla qovulmuşdur”.

Q.Hüseynli bildirib ki, qərbi azərbaycanlıların öz müqəddəratını təyin etmək hüququ var:

“Bu gün Azərbaycanın bir çox bölgəsində 1988-ci ildə Ermənistandan qovulan yüzminlərlə qərbi azərbaycanlı yaşayır. Bu insanlar qeyri-qanuni və beynəlxaq normalara zidd şəkildə Ermənistandan kütləvi deportasiya olunublar. Məsələ ondadır ki, bu, bir tarixi prosesin son dalğası idi. Yəni 1988-ci ildə Ermənistandan zorla qovulan azərbaycanlılar bundan öncə də mərhələli şəkildə Azərbaycana köçürülüb. Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır. O qərarda qeyd olunur ki, azərbaycanlı əhali Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Bu və digər bir sıra süni səbəblərdən azərbaycanlıların sayı tarixi İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur və s. ərazilərimizdə azalmağa başladı.

Bunun tam tərsi isə 19-cu əsrdən etibərən Çar Rusiyasının Qafqazı ələ keçirmək və bu ərazilərdə möhkəmlənmək üçün ermənilərin kütləvi şəkildə bu ərazilərə köcürülməsi baş tutub. Xüsusilə, Osmanlı ilə Rusiya arasında imzalanan "Buxarest", "Ədirnə" və Rusiya ilə İran arasında imzalanan "Gülüstan" və "Türkmənçay" sülh müqavilələri ilə ermənilər kütləvi şəkildə Cənubi Qafqaza, xüsusilə də İrəvan xanlığı ərazisinə köçürülüb.

Bütün bu tarixi faktlar bir daha onu göstərir ki, qədim Azərbaycan torpağı olan İrəvan ərazisində süni şəkildə ermənilərin sayı artırıldığı halda soyqırım köç və məcburi surətdə azərbaycanlıların sayı azaldılıb.

Buna görə də deyə bilərik ki, bu gün İrəvan azərbaycanlılarının İrəvan uğrunda mübarizə aparması tam haqlı və tarixi bir zərurətdir”.

Q.Hüseynli vurğulayıb ki, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilməsi və sonrakı proseslər koordinasiyalı şəkildə baş verməlidir:

“Nəzərə alınmalıdır ki, 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə vermişdi. Ermənilər bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri elə özləri pozmuşdu. Xüsusilə, Zəngəzur və Dağlıq Qarabağa iddialardan əl çəkməmişlər. Dağlıq Qarabağaş hazırda işğal altındadır.

Bu mənada düşünürəm ki, bu təşəbbüs yerində və müsbət addımdır. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsi fonunda fayda verəcəyini düşünürəm. Qafar Çaxmaqlının təşəbbüsü üzərində işlənilməli, bu, daha sistemli və koordinasiyalı hala gətirilməlidir”.

Tarix
2020.05.10 / 17:26
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla