Yuxarı

“Bu, işğalın rəsmiləşməsi deməkdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb Rusiyanın qarşısında duruş gətirə bilməsə, işğalın ardı qaçılmaz olacaq".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Moskvanın mərkəzində Krımın işğalının 1 illiyinin qeyd olunması əmrini verən Putinin digər tərəfdən Cənubi Osetiya ilə müttəfiqlik və inteqrasiya müqaviləsinin imzalamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Krımın işğalı görünür, Rusiyanı canlandırıb:

"2008-ci ildə Gürcüstanda müharibə zamanı rus ordusu Abxaziya və Cənubi Osetiyanı işğal etdi. Ancaq o zaman Qərb Rusiyaya sanksiya tətbiq etmədi. Çünki o vaxt müharibənin kim tərəfindən başladılması sual altında qalırdı və Gürcüstan hakimiyyətindən də şübhələnirdilər. Hər halda, Rusiya ordu birliklərini Cənubi Osetiya və Abxaziyada yerləşdirsə və onların dırnaqarası müstəqilliyini tanısa da, Rusiyaya birləşdirmədi. Yəni Qərb hardasa buna dözə bilərdi. İndi Rusiya Krımın işğalının bir illiyini qeyd etməklə bərabər, faktiki olaraq Cənubi Osetiya ilə müqavilə imzalayıb. Bu, onun göstəricisidir ki, Rusiyanın işğalçı siyasəti və çoxları üçün təhlükəsi davam edir. Dnestryanı bölgədə Rusiyanın öz maraqları var. Bu baxımdan Krımın işğalı sanki bir qədər Rusiyanı canlandırıb və iştahasını artırıb. Qərb başa düşür ki, Rusiyanın qarşısında ciddi duruş gətirə bilməsə, Rusiyanın təzyiqləri arta və Cənubi Osetiya ilə imzalanan sazişin ardı gələ bilər. Mümkündür ki, Dnestryanı separatçılarla da müvafiq sənəd imzalansın. Ona görə də Qərb bu məsələdə sərtlik nümayiş etdirməyə davam edir".

Politoloq sözügedən müqavilənin Gürcüstan üçün mümkün təhlükəsindən də danışıb:

"Gürcüstan Abxaziya və Cənubi Osetiyaya nəzarət edə bilmir və orada Rusiyanın qoşun birlikləri yerləşdirilib. Bu da Gürcüstan üçün hər zaman təhlükə mənbəyi deməkdir. Əslində indiki Gürcüstan hakimiyyəti Rusiya ilə danışıqlara meyllidir. Sadəcə bu danışıqlar hələ ki, baş tutmur. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın ərazisi saymır. Halbuki rəsmi Moskva Saakaşvili hakimiyyəti devrildikdən sonra yeni hakimiyyətlə əlaqələr quracağını bildirmişdi. Hətta Putin mətbuat konfranslarının birində Gürcüstanın yeni prezidenti və baş naziri ilə görüşməyə hazır olduğunu bildirmişdi. Ancaq bütün bunlar baş vermir. Çünki faktiki olaraq Rusiya bu gün Gürcüstanın ərazi bütövlüyünü tanımır. Bu da ikitərəfli təmaslara ən böyük əngəldir".

Tarix
2015.03.21 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Los-Anceles yanğınlarında vətəndaşlarımız da yaralanıb?

Lavrovun Bayramova saxta məktubu yayıldı

Azərbaycanın tarixi paytaxtında aksiya: metro pulsuz oldu

Rəsmi Bakıdan Uruqvayla bağlı paylaşım

Monqolustan prezidenti 20 ildən sonra Türkiyəyə gedir

Türkiyənin yeni səfirindən Azərbaycanla bağlı paylaşım

Əhmədian Bakı və İrəvana niyə səfər etdi? – İran XİN

Bakıda onmilyardlıq layihə: bu binalar sökülür... - Video

Zəngəzurla bağlı ayrıca razılaşma var, təhvil veriləcək - Akopyan

Syerra-Leone liderindən Əliyevə: Çox kədərləndim!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla