Yuxarı

Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycanın hökumət missiyası Somalidə səfərdə olub.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfərin məqsədi Azərbaycan və Somali arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsidir.

Səfər zamanı nümayəndə heyətinin Somali Federativ Respublikasının Baş nazirinin müavini Salah Əhməd Cama, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi, neft və mineral resurslar naziri Dahir Şire Məhəmməd, müdafiə naziri Abdulqadir Məhəmməd Nur Cama, planlaşdırma, investisiya və iqtisadi inkişaf naziri Mahmud Beenebeene, təhsil, mədəniyyət və ali təhsil naziri Farah Abdulqadir Məhəmməd, Milli İdentifikasiya və Qeydiyyat Qurumunun direktoru, həmçinin Balıqçılıq və Mavi İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı və Suvarma Nazirliyinin, Heyvandarlıq, Meşə və Otlaq Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşləri keçirilib, Türkiyə Maarif Fondunun Somali nümayəndəliyinə tanışlıq səfəri təşkil olunub.

Keçirilmiş görüşlər zamanı ölkələr arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb. Həmçinin bir sıra istiqamətlər, o cümlədən neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Somali Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Somali tərəfindən isə xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Əli Məhəmməd Ömər Balad rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət missiyasına Azərbaycan Müdafiə, Müdafiə Sənayesi, Energetika, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub.

Tarix
2025.02.05 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

"Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə

Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Prezidentin xüsusi nümayəndələrinin sayı artdı

Azərbaycanda bu iki nazir postu boşdur

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

İlham Əliyev Ərdoğana məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla