Yuxarı

Qazaxıstanda təyyarə sərt eniş etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:45

An-2 təyyarəsi fırtınalı hava şəraitində Qazaxıstanın Kostanay əyalətinin Arkalık şəhərindən 1,5 kilometr aralıda sərt eniş edib. Hadisə Kostanay–Arkalık reysini həyata keçirərkən yerli hava limanı yaxınlığında baş verib.

Axar.az Qazaxıstan FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində iki pilot və iki həkim olub. Siqnal alandan sonra Kostanay əyalətinin Fövqəladə Hallar Departamentinin yanğınsöndürənləri və xilasediciləri dərhal hadisə yerinə göndəriliblər.

Xilasedicilərin dəqiq hərəkətləri sayəsində ekipaj üzvlərinin hamısı tez bir zamanda aşkar edilərək, Arkalık şəhərinə çatdırılıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hazırda hadisənin təfərrüatı araşdırılır.

Tarix
2025.02.05 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

"Medera" yeni qalmaqalda: rəhbərinə 25 minlik cərimə...

Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi

Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Prezidentin xüsusi nümayəndələrinin sayı artdı

Azərbaycanda bu iki nazir postu boşdur

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla