Yuxarı

"Medera" yeni qalmaqalda: rəhbərinə 25 minlik cərimə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Medera Hospital" MMC-nin qanuni təmsilçisi İbrahim Əliyev siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.

Klinikanın rəhbəri İbrahim Nadim oğlu Əliyev Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət verib.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000, vəzifəli şəxslər 3000-5000, hüquqi şəxslər 20000-25000 manatadək cərimə edilir.

İşə 18.02.2025-ci il tarixində də baxılacaq.

Qeyd edək ki, "Medera Hospital" xalq artisti Ağadadaş Ağayevlə bağlı insidentə görə son vaxtlar gündəmdədir.

Tarix
2025.02.05 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya məsuliyyətdən yayınır - Bakıdan xəbərdarlıq

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi

Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Prezidentin xüsusi nümayəndələrinin sayı artdı

Azərbaycanda bu iki nazir postu boşdur

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla