Yuxarı

Ukraynada döyüşən azərbaycanlını bu cəza gözləyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada döyüşən azərbaycanlını bu cəza gözləyir

"Ukrayna tərəfinin Azərbaycandan olan könüllülərə heç bir status verməməsi səbəbindən, onları vətənlərində uzun müddətli həbs cəzası gözləyir".

Report xəbər verir ki, bu sözləri Ukrayna Azərbaycanlıları Konqresi İctimai Birliyinin İdarə Heyətinin sədri Xaqani Hüseynli keçirdiyi mətbuat konfransında bildirib.

"Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşmək istəyən minlərlə insan var, lakin vətənlərinə qayıtdıqları zaman problem yaranır. Ukrayna sərhədçilərinə göstəriş verilib, onlar Azərbaycandan olan könüllüləri ölkələrinə deportasiya etmək ixtiyarındadırlar", - deyə X.Hüseynli qeyd edib.

"Hazırda Ukrayna anti-terror əməliyyatları zonasında döyüşən könüllülərlə bağlı ciddi problemlə üzləşib. Könüllü batalyonların qanuniləşdirilməsi şübhə doğurmur. Biz hətta elə bir şeylə qarşılaşdıq ki, əməliyyat zonasında həlak olan azərbaycanlıya döyüş əməliyyatlarının iştirakçısı statusu da verilmədi. Axı o öz həyatı bahasına Ukraynanı müdafiə edib", - deyə Hüseynli söyləyib.

O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda ölkə vətəndaşlarının xarici dövlətlərdə döyüşməsini qadağan edən qanun var.

"Bizim burada döyüşən uşaqlar evə qayıdarkən 15 il müddətinə həbs cəzası ala bilərlər", - deyə o bildirib və əlavə edib ki, bu vəziyyətdən yeganə çıxış yolu məsələni leqallaşdırmaq və ona status müəyyən etməkdir.

Tarix
2015.03.26 / 02:43
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla