Yuxarı

Türkiyədəki terrorun arxasında kimlər durur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədəki son qətlləri törədən terrorçular sıradan bir təşkilatın üzvü deyil. Təşkilat on illərdir Türkiyədə fəaliyyət göstərir. Buna görə də hökumətin qarşısında "terrorun qarşısı niyə alınmadı" sualını qoymaz olmaz".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Məsələni şərh edən politoloq son hadisələrin əslində bir çox məsələlərin təsdiqinə işarə olduğunu bildirib:

"Dünyanın super gücü Amerika belə, 11 sentyabrın qarşısını ala bilmədi. Halbuki ala bilərdi. Çünki ərəb terrorçuları Almaniya üzərindən Amerikaya gələrək təyyarə təliminədək öyrənmişdilər. Bostonda iki çeçenin törətdiyi partlayışın da qarşısını almaq mümkün olmadı. Dev Sol (solçu inqilabçılar) on illərin terror təşkilatıdır. Fikir verin, terrorçular prokurorun binasına saxta vəkil vəsiqələri ilə giriblər. Bu, şəbəkənin profesionallığından xəbər verir. Sabahı gün İstanbulda daha bir terror aktının qarşısı alındı. Bütün bunların səbəbi Türkiyədə yaxınlaşmaqda olan parlament seçkiləridir. Türkiyəni daxildən sarsıtmaq və indiki hökumətə problemlər yaratmaq istəyirlər. Ancaq Türkiyə belə hallarda bütövləşir və hökumətin gücü daha da artır. Ərdoğan Gəzi olaylarının xaricdən idarə olunduğunu öncədən qeyd etmişdi. Halbuki ölkədə ağacların kəsilməsinə etiraz edilirdi və Türkiyə cəmiyyəti ilə yanaşı beynəlxalq aləmin də buna simpatiyası var idi. Ancaq son olaydan sonra terrorçular buna sahib çıxdılar və prokuroru öldürdülər, hətta kiçik elektorat da buna etirazını bildirdi. Nəticədə xaricdən idarə olunma olayı öz təsdiqini tapmış oldu. Olanlara baxmayaraq, AKP yenidən qələbə çalacaq".

Politoloq Türkiyədə gizli şəbəkələşmənin çox güclü olduğunu vurğulayıb:

"Həmin türk terrorçuları zaman-zaman saxta sənədlərlə Yunanıstanda, Fransada, Almaniyada peyda olurlar. Düzdür, Dev Solun Yunanıstan terror təşkilatları ilə əlaqəsi var. Ancaq Yunanıstanın bir dövlət olaraq belə bir təhlükəli oyuna baş qoyması inandırıcı deyil. Xarici mərkəzlərdən maliyyə məsələsi daha realdır. Necə ki uzun illərdir ki, PKK maliyyəni xaricdən alır. PKK probleminin həllinə yaxınlaşarkən indi də Türkiyədə başqa terrorçu təşkilatlar fəallaşır. 1-ci olayda terrorçular zərəsizləşdirilə bilərdi, 2-cidə isə ifadənin alınmamasında hansısa maraqlı tərəflərin olduğuna inanmıram. Müxalifət və hökumətdən narazı qüvvələr də bunu istəməzlər. Bu, birbaşa Türkiyə dövlətinə zərbə olardı. Sadəcə, Türkiyədə gizli şəbəkələşmə çox güclü olduğundan bu cür olaylar da tez-tez baş verir".

Tarix
2015.04.04 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla