İlham Əliyev Azərbaycan Respublikasının Heydər Əliyev
Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında
fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan
Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası
aşağıdakı tərkibdə müəyyən edilsin:
Komissiyanın sədri
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti
Komissiyanın üzvləri
Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri
Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin
müavini
Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti
Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək
texnologiyalar naziri
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və
təbii sərvətlər naziri
Kamal Abdullayev – Azərbaycan Respublikasının
millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin
müdiri
Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü
Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının sədri
Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri
Tahir Salahov – Xalq Rəssamı
Arif Məlikov –Xalq Artisti
Ömər Eldarov – Xalq Rəssamı
Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının
prezidenti
2. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı
Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007,
№11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn məsələləri həll etsin.