Yuxarı

“Oğlunu tutdurması generalın məmurlara nümunəsidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oğlunu tutdurması generalın məmurlara nümunəsidir”

"İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi general Şərif Əsədullayevin öz doğma oğlu Tamerlan Əsədullayevi həbs etdirməsi bir məmurun bəzilərinə nümunə sayıla biləcək addımıdır".

Bu sözləri millət vəkili Çingiz Qənizadə Ş.Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbsinə münasibət bildirərkən Axar.az-a deyib. Onun sözlərinə görə, Tamerlanın həbsini Şərif Əsədullayev özü xahiş edib:

"Tamerlan Əsədullayev restoranlardan birində baş verən davanın iştirakçısına çevrilib. Şərif isə onun xuliqanlıq hərəkətini həm illərdir hüquq-mühafizə orqanlarında çalışan biri, həm də ata kimi qəbul etməyib. Adətən bu cür hallarda bəzi məmur atalar övladlarını məsuliyyətdən yayındırmaq üçün xahişlər edirlər, Şərif isə övladını həbs etdirmək üçün xahiş edib. Bu, həm də ictimaiyyətə bir mesajdır, bir generalın qanunsuzluğa qarşı münasibətinin bariz nümunəsidir".

Xatırladaq ki, Baş Prokurorluğun məlumatında Tamerlan Əsədullayevin Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Senator" restoranında dava-dalaş saldığı əksini tapıb.

Restoranda işləyən ofisiantın bıçaqlandığı davaya görə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Qeyd edək ki, Şərif Əsədullayev Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin yeznəsidir. T.Əsədullayevin anası Nargilə xanım dünyasını dəyişib.

Tarix
2015.04.11 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla