Yuxarı

Səlim Müslümov Əhməd Davudoğlu ilə bir yerdə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səlim Müslümov Əhməd Davudoğlu ilə bir yerdə - Foto

Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Ankarada səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

Bu barədə Report-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, görüşdən öncə S.Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. Ümummilli Liderin parkdakı abidəsi önünə tər çiçəklər düzülub, xatirəsi ehtiramla yad olunub.

Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub, əlaqələrimizin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri xüsusi vurğulanıb.

Ə.Davudoğlu Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin daim uğurla inkişaf etdiyini bildirib. Baş nazir iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də mütəmadi olaraq gücləndirildiyini vurğulayıb.

S.Müslümov Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan əməkdaşlığın eyni zamanda əmək, məşğulluq, miqrasiya, əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini bildirib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair imzalanan Sazişin uğurla icra edildiyini vurğulayıb. Məlumat verilib ki, bu il ilk dəfə olaraq azərbaycanlı əlilliyi olan şəxslər reabilitasiya məqsədi ilə Türkiyənin Dənizli bölgəsindəki tibbi-sosial reabilitasiya mərkəzinə bərpa müalicəsi məqsədilə göndəriliblər və bu proses davam etdiriləcək.

Azərbaycanda hərtərəfli və dinamik inkişafın sosial rifah halının yüksəlməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşahidə olunduğunu qeyd edən S.Müslümov iki ölkənin aidiyyəti nazirliklərinin əməkdaşlıq təcrübəsinin hər iki ölkədə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

Tarix
2015.04.17 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla