Yuxarı

Bərzani Ərdoğanla görüşə buna görə gəlib – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərzani Ərdoğanla görüşə buna görə gəlib – Şərh

Fransa Prezidenti Emmanuel Makronun İraqa səfərinin əsas səbəbi regionda Türkiyəyə qarşı kürdlərdən istifadə etmək idi. Məsələ ondadır ki, Nəçirvan Bərzani bir neçə il öncə başda Fransa olmaqla, Qərbin kürdlərə vəd verib müstəqillik referendumu zamanı onları tək qoymasını unutmayıb.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzaninin Türkiyəyə səfər etməsini şərh edərkən deyib.

O qeyd edib ki, Nəçirvan Bərzaninin Türkiyəyə səfərinin məqsədi başqadır:

“Əvvəlcə onu deyim ki, Bərzani Türkiyəyə 3 il sonra səfər edir. Bu səfəri maraqlı edən əsas səbəb isə Bərzaninin bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makronla görüşməsidir. Lakin düşünürəm ki, Bərzani və Ərdoğan arasında danışıqların mövzusu tamamilə fərqli olacaq.

Türkiyənin regionda varlığı həyati əhəmiyyət kəsb edir. Bunu İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani də yaxşı anlayır. Bərzani Ərdoğan ilə görüşü zamanı əsas müzakirə mövzusu Suriya və İraqda davam edən hərbi əməliyyatlar, İŞİD-in regionda yenidən aktivləşməsi və PKK/PYD/YPG ilə ortaq mübarizə olacaq”.

Qeyd edək ki, Bərzani ötən gün Türkiyəyə səfərə gəlib.

Tarix
2020.09.05 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla