Yuxarı

Əliyev Tiflislə bağlı yaxşı bir təməl atdı - Vasadze

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Tiflislə bağlı yaxşı bir təməl atdı - Vasadze

Azərbaycan Prezidentinin çıxışı Gürcüstanın və Azərbaycanın daxilində rusiyapərəst qüvvələrin təxribatına cavabdır.

Bu sözləri Axar.az-a gürcü politoloq Gela Vasadze Prezident İlham Əliyevin Gürcüstanın öz ərazisindən Ermənistana silahların daşınmasına imkan verməməsi haqda çıxışını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, bundan yalnız bir nəticə çıxarmaq olar:

“Bu qüvvələr məğlub oldu. Сoğrafi baxımından qarşılıqlı asıllılığımıza baxmayaraq, 2017-ci ildən ölkələrimiz arasında bir çox problemlər yaranıb. Bu problemlər boş yerə yaranmayıb, həm Gürcüstanda, həm də Azərbaycanda rusiyayönümlü qüvvələrin fəal fəaliyyəti nəticəsində ortaya çıxıb. Bunların siyahısı olduqca təsirli olduğundan, onları sadalamayacam, onsuz da çox yaxşı tanınırlar. Azərbaycanla Gürcüstan münasibətlərinin pisləşməsi kimə sərf edir? Taktiki baxımdan deyil, amma strateji baxımdan kimə sərfəlidir? Gürcüstan Azərbaycandan başqa qazı kimdən alacaq? Gürcüstan olmasa, Azərbaycan enerji resurslarını kimin vasitəsi ilə satacaq? Birinci və ikinci sualların cavabı aydındır – Rusiyadan.

Beləliklə, Gürcüstan və Azərbaycandakı rusiyapərəst qüvvələrin qonşulara və strateji tərəfdaşlara qarşı deyil, öz ölkələrinə qarşı hərəkət etdikləri ortaya çıxdı. Prezident Əliyevin bu məsələyə aydınlıq gətirməsi çox vacibdir. Əliyevin bu sözləri problemləri dayandırmağımız və onları həll etməyə başlamağımız üçün çox yaxşı bir təməldir. Azərbaycanın yeni XİN başçısının Tiflisə qarşıdakı səfəri bunun üçün çox gözəl imkandır”.

Tarix
2020.09.22 / 08:30
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla