Yuxarı

Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli... - Raffaelli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan "Adnkronos" xəbər agentliyi Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü nəticəsində yaranmış şəraitdə ATƏT-in Minsk konfransının ilk sədri, İtaliyanın sabiq Xarici İşlər nazirinin müavini Mario Raffellidən müsahibə götürüb.

Axar.az xəbər verir ki, müsahibəsində M.Raffaelli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən başlamasının çox narahatedici olduğunu bildirib. Əlavə edir ki, münaqişə ilə bağlı status-kvonun saxlanılması onun hər an alovlanmağa gətirib çıxaracağını düşünməyə əsas verirdi.

M.Raffaelli qeyd edib ki, gərginliyi dayandırmaq üçün güclü beynəlxalq təşəbbüsə ehtiyac vardır və hazırda münaqişənin başlamasından otuz il sonra həll yolu tapılmasına cəhd etmək lazımdır. O, Minsk konfransına sədr olduğu dövrdə BMT TŞ-nin dörd qətnaməsinin təşəbbüskarı olduğunu bildirib və xatırladıb ki, qətnamələr hələ də masa üzərində olan, lakin heç vaxt həyata keçirilməmiş sənədlərdir.

Müsahibəsində M.Raffaelli vurğulayıb ki, həll yolunun elementləri hələ də həmin sənədlərdədir, həmişəki kimi prinsipləri uyğunlaşdırmaq lazımdır, lakin həmin prinsiplər də o sənədlərdədir.

M.Raffaelli qeyd edib ki, siyasi həll yoluna kömək edən fərqli mühit üçün iqtisadi və ticarət fəaliyyətlərinin bərpasına imkan verən düşmənçilik aktlarının dayandırılması və monitorinq vəziyyətindən istifadə etmək lazım idi. Bildirib ki, bu, böyük potensiala malik ərazidir, həmçinin son otuz il ərzində iqtisadi cəhətdən çox güclənmiş və çox vacib olan regionda investisiyalar həyata keçirən Azərbaycanın böyük töhfəsi ola bilər və bu münaqişə hamının zərərinədir.

M.Raffaellinin fikrincə, unudulmamalı olan vacib siyasi məqam odur ki, müstəqilliyin (Dağlıq Qarabağın) elan edilməsi hətta Ermənistanın da tanımadığı bir şeydir və Azərbaycan tərəfi razı olmayacağı təqdirdə heç vaxt uğur qazana bilməz. Digər tərəfdən, həmçinin əvvəlki status-kvoya qayıdılması, yəni Dağlıq Qarabağın Azərbaycanın tərkibində adi region olması cəhdi də fikirləşilməli deyil.

O deyib: “Bunun üçün 1993-cü ildə mümkün həll yolu kimi Cənubi Tirol modelini irəli sürmüşdüm və izah etmişdim ki, daxildə adi muxtariyyət Dağlıq Qarabağ əhalisi üçün qəbuledilən və ya zəmanət verilən ola bilməz və müstəqillik qeyri-praktikidir, bu muxtariyyət modeli yalnız İtaliyada Cənubi Tirol kimi bu muxtariyyət modeli və yalnız beynəlxalq zəmanət ilə ola bilər. Azərbaycan tərəfi bu təklifə qulaq asmışdı”.

M.Raffaelli bildirib ki, Minsk qrupu və ya həmsədrlər əllərində olan mexanizmlər vasitəsilə daha güclü şəkildə vasitəçilik fəaliyyətinə başlamalıdılar.

Tarix
2020.09.30 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla