Yuxarı

Azərbaycan səfirliyindən Türkiyəyə "Rza Zərrab" etirazı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan səfirliyindən Türkiyəyə "Rza Zərrab" etirazı

"Rza Zərrab heç vaxt Azərbaycan vətəndaşı olmayıb".

Bunu "Hürriyet" qəzetinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov deyib və Rza Zərrabın türk mediasında Bakı doğumlu olaraq təqdim edilməsinə etirazını bildirib.

"Bu şəxs Bakıda doğulmayıb. Azərbaycanın dövlət orqanlarında bu barədə hər hansı sənəd yoxdur. O, nə keçmişdə, nə də indi Azərbaycan vətəndaşı olub. Gələcəkdə də ola bilməz".

Xatırladaq ki, ötən gün "Axar.az" olaraq Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etmiş və türk mediasının Rza Zərrabı "1984-cü il, Bakıda zəngin ailədə doğuldu" kimi təqdimatına münasibətini öyrənməyə çalışmışdıq. "Rüşvət əməliyyatı"nın əsas adamlarından sayılan bir şəxsin iranlı soydaşımız kimi deyil, Azərbaycan vətəndaşı kimi təqdim edilməsini araşdırdıqlarını bildirən E.Salmanov araşdırma bitən kimi buna etirazlarını bildirəcəklərini qeyd etmişdi.

Tarix
2013.12.24 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla