Yuxarı

Solovyov Qarabağ döyüşləri əvəzinə bunu təqdim etdi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur teleaparıcısı Vladimir Solovyov "Tam əlaqə" (Polnıy kontakt) şousunda Arma kompyuter oyununun kadrlarını Ermənistan-Azərbaycan döyüş əməliyyatları zonasından sənədli video kimi təqdim edib.

Axar.az xəbər verir ki, ötən dəfə efirdə erməni əsgərlərinin cəbhəyə yola salınması adı altında Bakıda çəkilmiş kadrların nümayiş etdirildildiyini aşkarlayan Solovyov çəkiliş qrupunu tənbeh etsə də, bu dəfə, o, saxta videonu şərh edib.

"Bu, göründüyü kimi, təyyarəni vurmağa çalışarkən çəkilən hərbi-hava döyüşünün fraqmentləridir. Videoya baxdığın zaman döyüşü "Ulduz müharibələri"nə bənzədirsən, bir növ gözəllik kimi qəbul edirsən. Başa düşmürsən ki, bax, belə görüntünün arxasında insan həyatı dayanır. Əslində, dəhşətlidir — Rusiya sərhədindən 80 km məsafədə müharibə gedir", – deyə o videonu şərh edərkən bildirib.

Tvitter sosial şəbəkəsinin istifadəçilərindən biri görüntülərin saxta olmasını aşkarlayaraq, təqdim olunan çarxın Arma3 kompüter oyununa məxsus olduğunu və Yutubda milyonlarla baxış toplamış Çin blogerinin paylaşımından götürüldüyünü sübut edib.

Tarix
2020.10.10 / 14:00
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Liderlər Şuşada - Fotolar

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla