Yuxarı

“Azərbaycana pul qazanmaq yeri kimi baxırlar”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycana pul qazanmaq yeri kimi baxırlar”

"Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisi artdıqca ona qarşı basqılar da artmaqdadır".

Bu fikri SİA-ya millət vəkili Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, bir sıra dövlətlərdə olan siyasi dairələr, hərbi sənaye kompleksinin, biznes strukturlarının nümayəndələri Azərbaycana rahat pul qazanmaq yeri kimi baxırlar:

"Çünki Azərbaycanda olan iqtisadi yüksəliş, bazar münasibətlərinin sürətli inkişafı biznes üçün cəlbedici olmaqla yanaşı, faydalı və səmərəlidir. Amma Azərbaycan çirkli pulların yuyulmasına qətiyyən imkan vermir. Bununla ciddi mübarizə aparır. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə sərt mövqe ortaya qoyur. Azərbaycan heç bir siyasi dairənin, qruplaşmanın diktəsi ilə nə öz siyasətini qurur, nə də tutduğu hüquqi, demokratik dövlət quruculuğu yolundan çəkilir. Azərbaycanın bu mövqeyi bəzi çirkin maraqları olan dairələri narahat edir. Onlar da öz dövlətlərinə təsir rıçaqlarına malikdirlər və bu təsir özünü belə hallarda göstərir".

B.Əliyev bildirib ki, ABŞ Dövlət Katibi Con Kerrinin Azərbaycana olan münasibəti ilə bağlı mətbuatda kifayət qədər məlumat var:

"Onun Azərbaycana münasibəti ABŞ nümayəndə heyəti tərkibində SSRİ-yə etdiyi səfərlər zamanı məlum olub. Eyni zamanda, 90-cı illərdə ABŞ Konqresində Azərbaycana qarşı bəzi ədalətsiz qətnamələr qəbul edilmişdi. SSRİ dönəmində qəbul olunan belə qətnamələr bu imperiyanı dağıtmaq üçün bir faktor idi. Bu, başa düşüləndir. Amma real tarixi faktları saxtalaşdırmaq, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, azərbaycanlıları soyqırıma məruz qoymasına göz yummaq və hadisələrin inkişafına başqa istiqamət vermək qətiyyən ABŞ-da olan dairələrə başucalığı gətirmir. Hesab edirəm ki, belə amillər ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərinə müsbət təsir göstərmir. Əminəm ki, Azərbaycanın uğurlu, praqmatik siyasəti imkan verəcək ki, ABŞ və digər ölkələrlə öz siyasətini yüksək səviyyədə qursun".

Tarix
2015.04.29 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla