Yuxarı

Prezidentin dediyi məşhur sözlər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi günlər yaşayırıq. Tarix keçmiş deməkdi, amma mən deyən tarix canlıdır, bizimlə addımlayır, yaxud biz onunla birgə irəliləyirik.

Bu tarix dünən deyil, bəlkə ağrı-acı dolu dünənin üzərindən qalın xətt çəkən bugündür – amma elə bugün ki, bugünə sığmır, bugündən daha çox sabahdı!

Son 100-150 ildə itirdiklərimizin yenidən millətimizə, ruhumuza qazandırılması başlayıb. Müdrik Ali Baş Komandanımızın təmkinli, uğurlu siyasəti və onun mükəmməl rəhbərliyi ilə irəliləyən müzəffər Ordumuz milli dirçəlişimizi, xəlqi oyanışımızı, dövlətçiliyimizin şanını yüksəldir. Bizə bu tarixi günləri göstərən, daha doğrusu tarixin özünü yaşadan Tanrımıza şükürlər olsun!

Dövlət-xalq birliyinin növbəti təntənəsini yaşadığımız bugünlərdə dövlət idarəetməsinin, diplomatiyanın, hərbi uğurların anatomiyasını mümkün olan açıqlıqda bizlərə və bütün dünyaya göstərən cənab İlham Əliyev bir milli lider örnəyidir.

Prezidentin son günlər xarici TV-lərə ard-arda müsahibələri yalnız həmin TV-lərdə deyil, onlara istinadən bir çox media orqanlarında da yayımlanır, tirajlanır, müzakirə edilir. Bu da ən azı iki səbəblə bağlıdır: birincisi, Dağlıq Qarabağ ətrafında 30 ilə yaxındır formalaşdırılmış qəbuledilməz “status-kvo”nun, bədnam “təmas xətti”nin aradan qaldırılmasıdır; ikincisi, müsahibələrin məhz həmin “status-kvo”nu, “təmas xətti”ni aradan qaldırmış Ordunun Ali Baş Komandanına aid olmasıdır.

Belə müsahibələrdən biri bugünlərdə, Rusiyanın məşhur TASS informasiya agentliyinə verildi. Cənab Prezidentin öncəki müsahibələri ilə yaxından tanış olmuş və onlar haqqında öz düşüncələrini yazmış bir millət vəkili olaraq, TASS-a müsahibədə verilmiş mesajlar, müsahibənin fərqli və xüsusi önəm daşıyan cəhətlərinə dair bəzi qənaətlərimi oxucularla paylaşmaq istərdim.

Məncə, ilk sırada bu xüsusları qeyd etməliyik:

Azərbaycan Respublikası öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Bu, cənab Prezidentin daha öncələr dediyi məşhur “sözümüz imzamız qədər keçərlidir” sözləri ilə sabitdir. Bəlli olduğu kimi, bu müsahibə Rusiyanın informaisya agentliyinə verilib və çoxmilyonlu rusdilli auditoriyaya belə bir mövqenin duyurulması, təkrarlanması və daha çox insan tərəfindən qəbul görməsi bizim üçün önəm kəsb edir. Rusiyanın 100 faiz asılılığında olan Ermənistanın Rusiyaya bir söz, digər böyük dövlətlərə başqa söz dediyi, kim daha güclü olacaqsa, onun yanında olma zehniyyətinə sahib olduğu mübahisəsizdir. Dövlətçilik ləyaqəti, sağlam dövlət ərkanı olmayan Ermənistanın dostluğu da, düşmənçiliyi də ən adi tənqidə tab gətirməz. Dünyada ən çox dövlət qurmuş, tarixdə ən ədalətli hökmdarları, fatehləri ilə ad çıxarmış bir millətin övladı olaraq, öz dövlətimizi darqafalı bir “dövlət”lə müqayisə etmək istəməzdim, lakin iş elə gətirib, bizim torpaqları işğal edən dövlət qismində Ermənistan çıxış edir.

Bizə düşmən olmağa belə uyğun olmayan, hər mənada kiçik bir “dövlət”dən danışırıq. O Ermənistan ki, bundan bircə ay öncə, hərbi-siyasi təkəbbürü yerə-göyə sığmırdı, özündən müştəbeh davranırdı... Bax, belə bir uğursuz dövlətin qarşısındakı Azərbaycan həmişə olduğu kimi, öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə münasibətdə sözübütövdür. Dövlətimiz həm öncədən, həm də elanolunmamış müharibənin nizamlanmasına dair danışıqlar sürəcində beynəlxalq hüquqa, dinc həll yoluna sadiqlik nümayiş etdirir, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əzmindədir. Ancaq öhdəlik, anlaşma, razılaşma, dialoq, müzakirə… ən azı ikitərəfli, yaxud üçtərəfli, çoxtərəfli olur və belə olunca da yalnız bir tərfin sadiqliyi, etibarı həlledici ola bilməz, problem çözməz; gərək bütün tərəflər öhdəliklərə, verilən sözə sadiq olsun. Necə deyərlər, olmazsa, olmaz.

Bəs biz nə görürük?

Humanitar atəşkəs üçün özü xahişçi olan qarşı tərəf humanitar atəşkəsə əməl etmir. Danışıqların üzərindən heç 1 sutka keçməmiş Gəncə şəhərinə hücum edən Ermənistandan başqası deyildi, əlbəttə. Bu azmış kimi, Ermənistan ən ağlagəlməz bir “versiya” ilə çıxış edəcək qədər həyasız, sırtıq ola bilir – deyə bilir ki, o raketləri Gəncəyə Ermənistan atmayıb. O zaman ya UNO-lar icra edib, ya da biz özümüz öz şəhərimizi, öz mülki insanlarımızı hədəf almışıq. Absurdun bir bu qədəri görünməmişdir hər halda!

Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub. Xarici işlər naziri Ceyhun Bayramov “humanitar atəşkəs” danışıqlarına gedərkən Ordumuz üstünlüklər əldə etmişdi və bu gün olduğu kimi o gün də güclü tərəfdik – həm güclü, həm də haqlı! Amma danışıqlara razılıq verdik. Yenə hər hansı müzakirədən, masadan qaçmırıq. Ancaq çətin familiyalı Mnatsakanyan çətin danışıqlarda həm haqsız, həm də gücsüz tərəfin naziridir. O, çətini asan edə bilər, əslində: gücsüz və haqsız tərəfin naziri əslində necə davranmalıdır? Erməni nazir barışıqda, anlaşmada daha çox maraq nümayiş etdirməli, taviz verməli, şərt irəli sürməməli və ən əsası verdiyi sözü tutmalıdır!

Əvəzində nə gördük?

Atəşkəs razılaşması qüvvəyə minər-minməz atəş şiddətləndi. Xeyir ola? Bəs o 11 saat boyu bizim nazirin vaxtını niyə alırdınız? Atəşkəsi az qala bayram kimi qeyd edən öz ölkənin sakinlərini niyə xəyal qırıqlığına uğradırsan?

Doğrusu, belə etibarsızlıqlar Ermənistan hökumətinin nəyinə və kiminə lazımdır? – normal ağılla izah etmək çətindir. Çünki nəticə etibarı ilə itirən yenə özləri olur.

İş beləykən indiki halda birinci dərəcəli məsələ nədir?

“İndiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”.

Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsində hansısa mübahisəyə yer qoymadı.

Əlbəttə, biz haqlı olduğumuza da, dövlət başçımızın xalqın istək və arzularını yüksək səviyyədə ifadə etdiyinə də əminik. Əminik ki, Ermənistanın işğal etdiyi əraziləri tam geri qaytaracağıq. Çünki o öz xoşu ilə bu geriqaytarma sürəcini heç cür icra etmir. 30 ilə yaxın vaxt keçib, lakin könüllü qaytarılan 30 kv/m ərazi olmayıb. İşin ən hiddət doğuran tərəfi odur ki, işğaldan azad edilən ərzilərdə düşmənin qurduğu istehkamlar, dəmir-beton bəndlər, çoxfunskiyalı tunellər, düşmənin Qarabağa yığdığı həddən çox texnika və eşalonlaşmış müdafiənin təşkili, daha 30 il keçsə də, torpaq vermə istəklərinin olmadığını göstərir.

“Yazıq, kimsəsiz olan, amma qalib gəlməyə məcbur qalmış”, “xristianlığın son qalası”, “blokadada qalmış ali irq adası” kimi səfsəfələrlə özünü və beynəlxalq ictimaiyyəti qandıran işğalçının içüzü TASS efirindən dünyaya bir daha duyuruldu. Necə deyərlər, o vaxtadək duyuracağıq ki, nəhayət, ədalət öz yerini bulsun!..

Prezident TASS əməkdaşının Laçın dəhlizi mövzusunda sualını cavablandırarkən o dəhlizlə yanaşı, bütün digər kommunikasiyaların, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların da müzakirə mövzusu olduğuna vurğu etdi. Prezident ona da vurğu etdi ki, Ermənistan ciddi şəkildə silahlanır və bu bölgədə təhlükəsizliyi pozur.

Rusiya informasiya agentliyinə müsahibədə açıq şəkildə deyildi ki, Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir.

Prezidentin sözüdür: “Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”.

Çox xoşdur ki, hər müsahibədən öncə və sonra Prezidentin “Qələbə tvit”ini yaxud xalqa müraciətini gözləməyə və gözləntimizin doğrulmasına öyrəncəli olmuşuq. Bu dəfə də istisna təşkil etmədi. Dünən cənab Prezident Zəngilan şəhərinin, bir neçə kəndimizin azad edilməsinin müjdəsini verdi. Bu gün isə daha 22 yaşayış məntəqəsinin azad edildiyini elan etdi.

Xalqımızın gözü aydın olsun!

Biz bilirik ki, aktiv döyüşlərin getdiyi bir vaxtda dövlət başçısının xarici TV-lərə ard-arda geniş müsahibələr verməsi nə deməkdir. O müsahibələrdəki mesajları, necə deyərlər, sətiraralarını da başa düşürük. Başa düşürük ki, dövlət başçısı hərbi uğurlarla diplomatik uğurları bir-biri ilə vəhdətdə yürüdür. Hazırki dövrdə xarici TV-lərə ardıcıl müsahibələr diplomatiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Doğrudur, bir çox halda TV və informasiya agentliklərinin müsahibələri paralel olaraq Ermənistan Baş naziri ilə də təşkil edilir, lakin əsas məsələ işğalçı ölkə rəhbərinə də mikrofon uzadılması deyil, o mikrofona nə deyilməsidir. Hətta “guya demokrat” Paşinyan deyil, bir başqa yan olsaydı da, xüsusi bir fərq yaranmayacaqdı. Çünki adının qabağında kimin yazıb-yazmamasından asılı olmayaraq, bir işğalçı təyini, tanımı var ortalıqda. Bu təyin, tanımlama Ermənistanın bütün keçmiş və hazırkı dövlət məsullarının beynində, ruhunda vardır. Və budur, beyni və ruhu ilə işğalçı, terrorçu zehniyətli olanlar hərb cəbhələrindən geri çəkilir, müqavimətə cəhd edənlər sınıq-salxaq edilir, qovulur, zərərsizləşdirilir.

Canlı tarixin içindəyik. Bəzən bir günün bir neçə ilin hadisələri qədər zənginlik daşıdığını görürük. Mən bu sətirləri yazarkən yeni hadisələr baş verməkdədir. Daha yeni müjdələrin gözləntisində və sarsılmaz inamındayıq.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.10.21 / 22:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla