Yuxarı

Erməni terrorunun qurbanı olan uşaqla vida mərasimi keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni terrorunun qurbanı olan uşaqla vida mərasimi keçirildi

17 oktyabr Gəncə terroru nəticəsində ağır yaralanan və dünən sabah saatlarında həyatını itirən Rusiya vətəndaşı Artur Mayakov ilə vida mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasim Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində baş tutub. 13 yaşlı Artur Mayakovun söz mənzilə yola salınması ilə bağlı keçirilən vida mərasimində şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun yaxınları və müəllimləri iştirak edib. Kilsədə dualar oxunub, 13 yaşlı Arturun və Ermənistan ordusunun Gəncədə törətdiyi terror qurbanlarının xatirəsi anılıb. Məlumat üçün bildirək ki, Artur Mayakov Rusiya vətəndaşı olsa da uzun illər Gəncə şəhərində yaşayırdı. O, burada yaxınlarının himayəsində olub. Həmin gecə yəni oktyabrın 17 -si Ermənistan silahlı qüvvələri tərəfindən dinc insanların öldürülməsi məqsədi ilə Gəncə şəhərinə atılan ballistik raket Mayakovun yaşadığı evin yaxınlığına düşüb.Nəticədə Artur Mayakov koma vəziyyətində xəstəxanaya qaldırılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq 13 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, erməni terroru nəticəsində Gəncə şəhərində Artur Mayakovdan başqa daha 4 uşaq dünyasını dəyişib. Ölənl uşaqlardan ən kiçiyi 11 aylıqdır. Ümumilikdə isə Gəncə şəhərinə atılan son raket zərbəsi nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 dən artıq yaralı var.

Tarix
2020.10.25 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

Prezident Mayk Sisiliya ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla